26.04.2023 Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib26.04.2023 Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib26.04.2023 Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib26.04.2023 Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib26.04.2023 Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib26.04.2023 Nizami rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib
18.04.2023-cü il tarixdə Beynəlxalq Hospitalda qanvemə aksiyası keçirilib.Aksiyada Rayon İcra Hakimiyyətinin, Nizami Bələdiyyəsi,YAP Nizami rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər18.04.2023-cü il tarixdə Beynəlxalq Hospitalda qanvemə aksiyası keçirilib.Aksiyada Rayon İcra Hakimiyyətinin, Nizami Bələdiyyəsi,YAP Nizami rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər18.04.2023-cü il tarixdə Beynəlxalq Hospitalda qanvemə aksiyası keçirilib.Aksiyada Rayon İcra Hakimiyyətinin, Nizami Bələdiyyəsi,YAP Nizami rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər
18.04.2023-cü il tarixdə Beynəlxalq Hospitalda qanvemə aksiyası keçirilib.Aksiyada Rayon İcra Hakimiyyətinin, Nizami Bələdiyyəsi,YAP Nizami rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər
03.04.2023 Bakı şəhərində yerləşən  təhsil müəssisələrinin bir qrup tələbələri Nizami bələdiyyəsində istehsalat  təcrübə keçirlər.
Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən «Abad məhəllə» layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.Məhəllədə idman qurğuları və digər aksesuarlar qurularaq əhalinin, nyeniyetmə və gənclərin istifadəsinə verilib.
05.03.2023 Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən görülən işlər.05.03.2023 Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən görülən işlər.05.03.2023 Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən görülən işlər.05.03.2023 Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən görülən işlər.05.03.2023 Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən görülən işlər.05.03.2023 Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binasının həyətində Nizami Bələdiyyəsi tərəfindən görülən işlər.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
28.02.2023 Bakı şəhəri, Nizami bələdiyyəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Odlar Yurdu" rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqədə rayon məktəblərində təhsil alan və ilkin seçim turundan keçmiş yeddi nəfər şagird iştirak edib. Şagirdlər Azərbaycana həsr olunan müxtəlif mövzularda öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda münsiflər heyətinin qərarıyla Gülməmmədova Xədicə Vaqif qızının çəkdiyi rəsm əsəri 1-ci yerə, Əfəndiyeva Yasəmən Natiq qızı 2-ci yerə, İsmayılova Nurcan Loğman qızının çəkdiyi rəsm əsəri isə 3-cü yerə layiq görülüb. Müsabiqənn qaliblərinə və iştirkaçılara pul mükafatları və diplomlar təqdim edilmişdir. İştirakçı diplomları Əsədova Gülay Qulu qızı, Rəsulzadə Nazlı Rahim qızı, Rəhimli Fidan İlkin qızı , İsmayılova Şəmsi Rəhman qızına təqdim edilmişdir.

Tədbirdə qonaq qismində Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli iştirak edib.

Sonda müsabiqə iştirakçıları ilə xatirə şəkil cəkilib.
07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib
07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib
Tədbir BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində baş tutub. 2 gün davam edən Forum 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində baş tutub. Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldilib.
İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilib.
NUFA forumunda qonaq qismində qardaş bələdiyyə nümayəndələri ilə yanaşı Bakı şəhər Nizami rayon icra hakimiyyəti başçısı cənab Coşqun Cəbrayılov da iştirak etmişdir. Forumun 2-ci günü Bakı şəhərində İçərişəhərdə yerləşən “Muğam” restoranında qonaqlara ziyafət təşkil edilmişdir. Ziyafət tədbirində dəvətli olaraq Bakı şəhər Nizami bələdiyyəsi ilə qardaş bələdiyyələr Türkiyə Cumhuriyyəti Bursa şəhəri Nilufer bələdiyyəsi başqan yardımçısı Remzi Çınar, Latviya Respublikası Riqa şəhəri Kekava bələdiyyəsi meri Juris Zilko ilə Bakı şəhər Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak etmişdir. Rəsmi nümayəndələr ziyafət tədbirindən sonra Nizami bələdiyyəsində qonaq olaraq, bələdiyyə binası ilə tanış olublar.
26.09.2022  Bakı şəhər Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binanın həyətində  Nizami bələdiyyəsi tərəfindən 15 ədəd ağac əkilmişdir26.09.2022  Bakı şəhər Nizami rayonu Elşən Süleymanov 118 saylı yaşayış binanın həyətində  Nizami bələdiyyəsi tərəfindən 15 ədəd ağac əkilmişdir
Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır.
Respublikamızda dövlət müstəqilliyimizi, konstitusiya quruluşunu və ərazi bütövlüyümüzü qoruyarkən şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş olunur. Özü də ayrı-seçkilik qoymadan, həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Hərbçilər, qazilər və şəhid ailələrinə göstərilən böyük qayğı və diqqətlə bağlı möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.
Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibəəlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Prezidentin cari ilin yanvarında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Üstəlik, dövlətin qəti sözü var: Ev və mənzil verilməyən bir dənə də olsun şəhid ailəsi qalmayacaq!
Sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan olan insanların üstəlik, sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib, 9 mindən çox insana sosial ödənişlər verilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilib və edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.
Bu, dövlətin müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində prinsipiallığını, gördüyü işlərin ardıcıllığını və planlı şəkildə həyata keçirilməsini özündə ehtiva edir.
Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər

Yusif Əliyev
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Vətən müharibəsi veteranı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki,nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”;
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan ordusu regionun qüdrətli silahlı qüvvəsidir. Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatların nəticəsidir.
Azərbaycan Ordusunun yeni standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır. Hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
Müzəffər ordumuzun gücünə Vətən müharibəsində şahid olduq. Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücayəti sayəsində 44 günlük müharibədə 30 il işğal altında qalan əzəli torpaqlarımız erməni işğalçılarından azad oldu, düşmən məğlub edildi, tarixi Zəfər qələbəsi qazanıldı. 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun istifadə etdiyi döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər
Ordumuzun qüdrətinin artmasında xalqımız tərəfindən göstərilən böyük dəstəyin də xüsusi rolu var. Xalqımız hər zaman ordumuzun yanındadır və “dəmir yumruq” xalq-ordu birliyinin rəmzidir.

Mübariz Məmmədov
Nizami rayonu, 220 saylı məktəb-liseyin Çağırışaqədər hərbi hazırlıq rəhbəri
Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə,
Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda,Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış,yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının“dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair Ulu Öndər Heydər Əliyev tərəfindən ilk siyasi-hüquqi qiymət verilmişdir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider HeydərƏliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 marttarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycanərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı
ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv 2 edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır.
Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin
danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də
işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə
çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən
4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks hücuma keçmək əmri vermişdir.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.30 il dünya birliyi tərəfindən həll olunmayan münaqişəni Azərbaycan ordusu 44 gün ərzində həll etdi və tariximizə qızıl hərflərlə Şanlı Zəfər yazdı.
Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Məhi Mehtiyev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri
İctimai Birliyinin Nizami rayon filialının sədri