5 oktyabr Beynəlxalq  müəllimlər günü. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı.
Ulu öndər deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq”.

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik, gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq!
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ictimaiyyət nümayəndələri,şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Cəfərov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Vüqar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı,"Cəbrayılın azad olunmasına görə" medalı,"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib
05 oktyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun məzarı ziyarət edilib.05 oktyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun məzarı ziyarət edilib.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!