29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, RİHBA-nın məsul əməkdaşları, rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, RİHBA-nın məsul əməkdaşları, rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar İcra Hakimiyyətinin əməkdaşları, Nizami Bələdiyyəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər,şəhidlərin ailə üzvləri,Nizami rayonu “Vətən Müharibəsi Şəhidləri" memorial kompleksini, Keşlə Şəhidlər Xiyabanını,II Fəxri Xiyabanda şəhidlərin məzarlarını və Zəfər parkını ziyarət edərək,Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü
27.09.2025.  27 Sentyabr – Anım Günü
27 sentyabr şanlı və tarixi Zəfərin başlandığı gün!2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Savaş başlanan andan və hələ ondan iki ay öncədən (iyul hadisələri) erməni xisləti öz sözünü deyirdi. Ermənistan Azərbaycandan fərqli olaraq hərbi nöqtələri deyil, dinc sakinləri hədəfə alırdı. Eynilə 1992-ci ildə Xocalıda və digər ərazilərimizdə olduğu kimi. Lakin 2020-ci ildə durum 1990-cı illərdən çox fərqli idi. Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı dərhal hadisələrə reaksiya verdi. Tovuz hadisələrində verdiyimiz şəhidlərin, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qanı yerdə qalmadı.
Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Beləliklə, 44 gün çəkən və Zəfərlə bitən müharibə əks-hücumla başladı.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Təcavüzkar Ermənistan ordusu darmadağın edildi. Əslində, təkcə Azərbaycana deyil, Qafqazdakı sülhə, sabitliyə təhdid olan terrorçu Ermənistanla bağlı bu cür addımlar çoxdan atılmalı, dünyanın müvafiq qurumları, sülhdən danışan dövlətləri buna dəstək verməli idilər. Lakin 30 illik işğal dövründə biz bunun əksini gördük- Ermənistana dəstəyi, ona silah verənlər, terrorizmlə mübarizə pərdəsi altında terrorçunu dəstəkləyənləri gördük.
Qazanılan mütərrəqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi, ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu, milli birliyimiz daha da möhkəmləndi, BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu, yalançı erməni uydurmaları ifşa olundu, Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır.
Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin sədr müavini.
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik.
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
İlham Mirzəyev,
Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.
27 sentyabr - Anım Günüdür! Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Vətən müharibəsi bizim şanlı tariximiz, bu Qələbəni bizə bəxş edən şəhidlər və qazilər qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Kəmalə Abdullayeva,
Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.
15 sentyabr -Bilik günü münasibəti ilə Nizami bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Heydər Rəhimov Bakı şəhəri Nizami rayonunda yerləşən 250 saylı və 61 saylı tam orta məktəbdə keçirilən tədbirdə iştirak etdiblər.
Sədr müavinləri, sentyabrın 15-də təhsil ocaqlarının qapılarını açan bütün şagirdlərimizi ürəkdən təbrik edərək, onlara yeni dərs ilində əzmkarlıq, dərslərində uğurlar, əla qiymətlər, sadiq dostlar, maraqlı və dolğun həyat arzulayıb.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Güclü təhsil sistemi güclü gələcəyin əsas təminatıdır. Bilik günü bizə xatırladır ki, öyrənmək heç vaxt bitməyən, davamlı bir prosesin olmasını və bu prosesdə əzmlə irəliləmək yeni tədris ili üçün yeniliklər, dostluq və maraqlı uğur hekayələri ilə zəngin bir dövr yaranması deməkdir!
Azərbaycan təhsilinin inkişaf yolunda hər bir kəsə uğurlar arzu edirik.
15 sentyabr Bilik günüdür
Bu kitabda “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqlara qarşı törədilən vandalizm aktlarının dəhşətli mənzərəsini ortaya qoyub.

Milli ruhumuzun və milli enerjimizin əsas qayesi,milli tarixi- irsə bağlılıq,dədə baba torpaqlarımıza qayıdacagımız "Qayıdış Konsepsiyası"ilə bağlı ölkəmizdə keçirilən tədbirlərin dünyaya çatdırılması mühim əhəmiyyət kəsb edir.

Kitabın müəllifləri, Əziz Ələkbərliyə, Səbuhi Hüseynova və bu milli ruhun qayəsi olan kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə təşəkkür edirik və dərin minnətdarlığımızı çatdırırıq.
11 sentyabr 2025-ci il tarixdə Nizami bələdiyyəsində Qərbi Azərbaycan İrsi: kitabının I cildi təqdimat mərasimi keçirildi. 11 sentyabr 2025-ci il tarixdə Nizami bələdiyyəsində Qərbi Azərbaycan İrsi: kitabının I cildi təqdimat mərasimi keçirildi. 11 sentyabr 2025-ci il tarixdə Nizami bələdiyyəsində Qərbi Azərbaycan İrsi: kitabının I cildi təqdimat mərasimi keçirildi.
31.07.2025 Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.” - Ulu Öndər Heydər Əliyev.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Ölkə başçısı, həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.

Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

“Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.”- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Aslanov Araz
Bakı şəhər Nizami bələdiyyəsinin Yerli büdcə daimi komissiyasının sədri.
31.07.2025. Ana dilimiz milli birliyimizin ən başlıca simvollarından biridir. 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

“Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır.”

Ulu Öndər Heydər Əliyev

“Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, dil quruculuğu siyasəti Ulu Öndərin milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixə, zəngin mədəniyyətə və geniş milli-mənəviyyata malik olan böyük bir xalqın milli sərvəti kimi yanaşan Ümummilli Lider onun həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətlər göstərib.

Ulu Öndər Heydər Əliyevin doğma dilimizdə dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi, hələ sovet dövründə, mərkəzin qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin sürətli inkişafında müstəsna rol oynayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib.

Bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Bu sahədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır. Eyni zamanda həyata keçirilən tədbirlər dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsinə və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin edəcəyinə, həmçinin Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin daha da təkmilləşdirilməsinə və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun daha da artmasına böyük inam yaradır.

Məmmədova Aysel.
Nizami bələdiyyə üzvü,
Bakı Şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin baş həkimi.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!