2016-cı ilin oktyabrın 31- dən noyabrın 5 dək Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində Nizami Bələdiyyəsində həyata keçirilən tədbirlər
«Azərbaycanda Yerli Demokratiya Həftəsi» çərçivəsində «Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış hörmət, dialoq və qarşılıqlı fəaliyyət» adı altında Nizami bələdiyyəsi bir sıra tədbirlər həyata keçirib.Həftə ərzində əhali üçün «açıq qapı» günləri elan edilib,(012)374-54-45 nömrəli «qaynar xətti» fəaliyyət göstərir. Vətəndaşların rəy və təkliflərinin toplanması üçün bələdiyyə binasının giriş hissəsində poçt qutusu quraşdırılıb. "Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək" şüarları yazılmış plakat və transparantlar asılmışdır. Məlumatlandırma məqsədi ilə «informasiya guşəsi» yaradılıb.“Neftçilər” metro stansiyasının yaxınlığında, “Ailə” supermarketin arxasında “xeyir-şər evi"-ndə yaşlı nəslin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Nizami Bələdiyyəsinin sədr müavini Bəylər Quliyev və Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək 2015-ci ildə və 2016-cı ilin 9 ayında bələdiyyə tərəfindən görülmüş işlər haqqında seçicilərə ətraflı məlumat verdilər. seçiciləri maraqlandıran bir çox suallara qaneedici cavablar verildi.