"Yerli Demokratiya Həftəsi-2016" Nizami rayonunda növbəti tədbir keçirilib.
04.11.2016 Tədbiri giriş sözü ilə açan Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev görüşün önəmini vurğuladı və qeyd etdi ki, hər il olduğu kimi bu ildə 31 oktyabr-5 noyabr 2016-cı il tarixlərini əhaət edəcək Həftə çərçivəsində yerli və regional hakimiyyət orqanları eləcə də yerli hakimiyyətlərin milli assosiasiyaları bir və ya bir neçə gün ərzində yerli həyatın müxtəlif məsələləri ilə bağlı cəmiyyətin müxtəlif təbəqələri üçün müxtəlif növ tədbirlər: prezentasiyalar, dəyirmi masalar, ictimai dinləmələr, mətbuatda, televiziya və radioda “sual-cavab” formatlı görüşlər, bələdiyyə və icra hakimiyyətlərində “açıq qapı” günləri, sərgilərin təşkili, bələdiyyələrdə qaçqın və köçkün insanlarla görüş, “qaynar xətt” və internet-konfranslar həyata keçiriləcəkdir. Bugünki tədbir də məhz bu məqsədləri özündə birləşdirir.Sonra Nizami Bələdiyyəsinin sədr müavini B.Quliyev çıxış edərək Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq qeyd edilmişdir ki, Ulu öndərin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur. Eyni zamanda ölkədə yerli və regional idarəetmə institutunun son illərdə ən yüksək səviyyədə formalaşması bunun əyani sübutudur. Tədbirdə Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də çıxış edərək artıq uzun illərdir ki ölkəmizdə keçirilən “Yerli Demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasında, fəallığının artmasında rolunu diqqətə çatdırdı.