Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin 2017-ci il 11 aprel tarixli iclasında Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak etmişdir.
İclasda "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə müzakirələr aparılmışdır. Elə həmin gün iclasdan irəli gələn məsələlərlə tanış olmaq məqsədilə Nizami Bələdiyyəsinin kollektivi ilə geniş iclas keçirilmiş, və kollektivə tövsiyələr verilmişdir.