07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib

07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib
07.10.2022 Ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edib
Tədbir BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində baş tutub. 2 gün davam edən Forum 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində baş tutub. Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldilib.
İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilib.
NUFA forumunda qonaq qismində qardaş bələdiyyə nümayəndələri ilə yanaşı Bakı şəhər Nizami rayon icra hakimiyyəti başçısı cənab Coşqun Cəbrayılov da iştirak etmişdir. Forumun 2-ci günü Bakı şəhərində İçərişəhərdə yerləşən “Muğam” restoranında qonaqlara ziyafət təşkil edilmişdir. Ziyafət tədbirində dəvətli olaraq Bakı şəhər Nizami bələdiyyəsi ilə qardaş bələdiyyələr Türkiyə Cumhuriyyəti Bursa şəhəri Nilufer bələdiyyəsi başqan yardımçısı Remzi Çınar, Latviya Respublikası Riqa şəhəri Kekava bələdiyyəsi meri Juris Zilko ilə Bakı şəhər Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak etmişdir. Rəsmi nümayəndələr ziyafət tədbirindən sonra Nizami bələdiyyəsində qonaq olaraq, bələdiyyə binası ilə tanış olublar.