Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 02 dekabr 2012-ci il tarixdə Nizami Rayon Bələdiyyəsi və Hədəf Kurslarının birgə layihəsi əsasında Nizami rayonunda təhsil alan 9, 1. , 11-ci sinif şagirdləri arasında “Çağdaş Azərbaycan” adlı bilik yarışması keçirilib. Əvəlləcə bilik yarışması haqqında Nizami rayonunda fəaliyyət göstərən 23 məktəbdə təbliğat işləri aparılıb, layihənin məqsədi, aparılması qaydaları izah olunub. Bildirilib ki, bu bilik yarışmasının əsas məqsədi Nizami rayonunda təhsil alan şagirdlərin bilik, bacarıq və vərdişlərini aşkar etmək, ümumiləşdirmək, fərdi xüsusiyyətlərini ortaya qoymaq, qruplar üzrə onların qabiliyyətlərini yoxlamaq, bilikli, lakin imkansız olan şagirdlərə köməklik göstərməkdir. İmtahan Azərbaycan və rus bölmələri üzrə ixtisas qruplarına görə aparılıb.
İmtahan keçirilməzdən iki həftə əvvəl İmtahan komissiyası yaradılmış və məhsul şəxslər müxtəlif məktəblərdə qeydiyyat işlərini aparmışlar. 2...-ə yaxın şagird qeydiyyatdan kemiş, yekunda 1915 şagirdin imtahan verdiyi müəyyən edilmişdir. Təbliğat aparılan 61, 7., 145, 238, 229, 251 və s. saylı məktəblərdə şagirdlərin bilik yarışmasına daha çox can atdıqları müşahidə olunub.
Qeydiyyat zamanı 25. saylı məktəbin direkroru Adıgözəlov Nazim bu layihə haqda fikirlərini ifadə edərək demişdir: “Nizami rayonunda təşkil olunmuş bu cür bilik yarışması, həqiqətən, xalqımızın həmrəyliyi naminə mütərəqqi bir addımdır. İstər şagirdlərin bilik səviyyəsinin yoxlanılması, istərsə də onların arasında rəqabətin təmin olunması təqdirə layiq bir məsələdir. Bu cür yarışmaların keçirilməsi olduqca sevindiricidir. Elə bu münasibətlə təşəbbüskar olan Nizami Rayon Bələdiyəsinə və layihənin həyata keçməsində böyük rol oynayan Hədəf kurslarına dərin minnətdarlığımı bildirirəm”.
İmtahanın gedişində Nizami Rayon Bələdiyəsinin sədr müavini Vüqar Tarquliyev, Maliyə iqtisad şöbəsinin müdiri Heydər Rəhimov, Hüquq şöbəsinin müdiri Mənsumov Vaqif, Hədəf Kurslarının baş direktoru Şəmil Sadiqov, İcraçı direktor Emin Sadıqov, Neftçilər filialının direktoru Fikrət Hüseynov, direktor müavini Qanun Məmmədov və bir sıra məsul nümayəndələr imtahan binasına gələrək şəffaf imtahan keçirildiyini yaxından izləmişlər.
“Çağdaş Azərbaycan” bilik yarışmasında qalib olanlar aşağıdakı yerlər üzrə müəyyən güzəşt və hədiyyələrlə təltif olunacaqlar.I yer: Hədəf kurslarında 1 (bir) illik 75% güzəştlə təhsil və XAN romanları dəsti, diplom
II yer: Hədəf kurslarında 1 (bir) illik 5.% güzəştlə təhsil və “İNCİ” uşaq ədəbiyyatı dəsti, diplom
III yer: Hədəf kurslarında 1 (bir) illik 3.% güzəştlə təhsil və “Xəmsə” (nəsrlə) 5 kitab dəsti, diplom