06.02.2023 Prezident İlham Əliyev Qərbə Bakının mövqeyinin dəyişmədiyi mesajını verdi.

06.02.2023 Prezident İlham Əliyev Qərbə Bakının mövqeyinin dəyişmədiyi mesajını verdi. Azərbaycan növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu.
Tədbirlərdə Rumıniya Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirak edirdilər. Bu da ondan xəbər verir ki, Qərb bu məsələdə rəsmi Bakıya dəstək verməyə hazırdır. Eyni zamanda iclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların təmsil olunurdu. Şirkətlərin təbdirdə iştirak etməsi bu məsələdə təklif olaraq yol xəritəsini Azərbaycanın verəcəyini göstərir.
Prezident İlham Əliyev tədbirin açılışında çıxış etdi və çıxışında bir çox mühüm məqamlara toxundu.
Prezident çıxışında bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Bildiyimiz kimi hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibənin yenidən aktiv fazaya keçməsi ehtimal da yüksəkdir. Bu da Avropanın Rusiya ilə gərginlik fonunda enerji böhranına sürüklənməsi deməkdir.
Həmçinin ölkə başçısı dedi ki, “TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var”.
Yəni Prezident bu fikirləri ilə Qərbə Bakının mövqeyinin dəyişmədiyi mesajını verdi. Çünki Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini artırmaq və Avropaya daha çox qaz nəqli üçün maliyyə dəstəyi mütləqdir.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şura və İH üzvü