Azərbaycan Respublikası “Çernobıl Əlilləri” İttifaqının müraciətinə əsasən 26 aprel “Çernobıl” qəzasının ləğv edilməsində iştirak etmiş və əlil olmuş, ağır durumda olan vətəndaşlara mənəvi dəstək məqsədi ilə Nizami Bələdiyyəsi “Çernobıl” qəzasının ləğv edilməsində zərər çəkmiş 5. nəfər vətəndaşa sovqat paylamışdır.