27 Sentyabr – Anım Günündə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Zəfər parkını ziyarət ediblər. Parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyaraq, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.