Bu gün Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun anım günüdür.

Bu gün Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun anım günüdür.Bu gün Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun anım günüdür. Bununla əlaqədar II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilib. Şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev və ictimaiyyət nümayəndələri ziyarətdə iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.