Bu gün Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun anım günüdür. Bununla əlaqədar Keşlə qəsəbəsində, Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib. Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.