Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları 2020-ci ilin oktyabr ayında Ermənistan tərəfindən 5 dəfə terror hücumuna məruz qalmış Gəncə şəhərinə
səfər etmişdilər.Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Nizami Bələdiyyəsi sədrinin birinci müavini, müharibə veteranı Heydər Rəhimov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və başqaları çıxış edib, Azərbaycanın parlaq Zəfərindən, gənclərin vətənpərvər ruhda yetişdirilməsindən, qarşıda duran vəzifələrdən söz açılıb.