Şəhid Mübariz İlyas oğlu Məmmədovun xatirəsi dərin ehtiramla yad edilib. Şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami və Keşlə bələdiyyələrinin rəhbərliyi, əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib, ruhuna dualar oxuyub.