“Ötən il ərzində Nizami bələdiyyəsinə 540 vətəndaş müraciət edib. Müraciət etmiş vətəndaşların problemləri ilə yaxından tanış olaraq, səlahiyyətlərimiz daxilində olan məsələlər yerində həll edilmiş, səlahiyyətlərimizdən kənar olan məsələlər aidiyyəti qurumlara göndərilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vüqar Quliyev bildirib.
Sədrin sözlərinə görə, müraciətlər əsasən sosial məsələlərin həlli, dəfn xərclərinin verilməsi ilə əlaqədar DOST xidmətinə arayışların verilməsi, ekologiya ilə bağlı ağacların budanması, köçürülməsi və ağaclara aqrotexniki qulluqların göstərilməsi, həyətlərin abadlaşdırılması və söhbətkeşlərin qurulması kimi məsələlər olub.
Məhz sakinlərin müraciəti ilə ötən dövr ərzində həyətlərə oturacaqların və çoxmənzilli yaşayış binalarının giriş qapılarına dəmir seyf qapıları quraşdırılmış və bir neçə məhəllənin abadlaşdırılması həyata keçirilmişdir. Nizami rayon E.Süleymanov küç 118 sayli məhəllə tam abadlaşdırılması isə bələdiyyənin həyata keçirdiyi irihəcmli layihələrdəndir.
Vətən müharibəsi qazisi ehtiyatda olan mayor, birinci qrup müharibə əlili Nicat Əmirəliyev R.Rüstəmov küçəsi 20 mən 19 ünvanında olan 3 otaqlı mənzili Nizami bələdiyyəsi tərəfindən tam təmir edilmişdir.
Sədr bildirib ki, layihələrin icrası maliyyə tələb edir. Bunun üçün bələdiyyənin vergi xidməti var gücü ilə çalışır. Etiraf edək ki, bəzən problemlərlə də üz-üzə qalırıq. Vergi ödəyicilərimiz bəzən yerli vergiləri ödəməkdən yayınır, əlli cür bəhanə gətirirlər. Lakin vergi xidmətimiz səbrlə və qanun tələb etdiyi şəkildə sakinlərlə görüşlər keçirir, bələdiyyənin üzərinə düşən məsuliyyətdən, vəzifələrdən, habelə sakinlərin bu proseslərdəki rolundan danışaraq izahat işlər aparırlar. Məhz bu fəaliyyətin nəticəsidir ki, 2019-2024-cü illər ərzində əmlak vergisin yığımında 74% artım olub.
Sədr rəqəmlərdə diqqəti çəkməyi unutmadı:
- Nizami bələdiyyəsi 2019- cu il üzrə cəmi 282.766 manat , o cümlədən əmlak vergisi 221.829 manat, 2020-ci il üzrə cəmi 233.020 manat, o cümlədən əmlak vergisi üzrə 194.869 manat, 2021- ci il üzrə cəmi 358.139 manat, o cümlədən əmlak vergisi üzrə 321.420 manat, 2022-ci il üzrə cəmi 366.625 manat, o cümlədən əmlak vergisi üzrə 329.091 manat, 2023- cü il üzrə cəmi 462.162 manat, o cümlədən əmlak vergisi üzrə 428.991 manat əldə edə bilib. Cari ildədə artım müşahidə olunur.
Vüqar Quliyev qeyd edib ki, əsas məqsədimiz saklinlərin sosial-rifah halının yaxşılaşdırılmasında bələdiyyə olaraq öz töhfəmizi verməkdir.