14.03.2025-ci il tarixdə Bakı şəhər Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub.
Bakı şəhəri Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub. Açılışda iştirak edən Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Bakı şəhər Nizami Rayon İcra Hakimiyətinin nümayəndəsi Mənsim İsmayılov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev və digərləri çıxış edərək futbol meydançalarının açılması sağlam həyat tərzini təşviq etmək və xüsusiilə də gənclərin idmanla məşğul olması üçün vacib bir addım kimi qiymətləndiriblər. Daha sonra tədbir iştirakçıları futbol meydançasında yeniyetmə futbolçular arasında keçirilən yoldaşlıq oyununa baxıblar.