07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova çıxış edərək,Nizami rayon məktəbliləri arasında təşkil olunmuş rəsm müsabiqəsi tədbirini açıq elan edib. Ümumilikdə müsabiqədə rayon üzrə 24 tam orta məktəb üzrə iştirak edən 50 nəfər məktəbli verilən vaxt ərzində çəkdikləri rəsm əsərləri Münsiflər Heyyətinin qərarı ilə qiymətləndirilib. Tədbirin sonunda qalib seçilmiş və fərqlənən məktəblilər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar. Nəticə olaraq deyə bilərik ki, bu sahədə ardıcıl olaraq təşkil olunan tədbirlər məktəblərin yaradıcılıq sahəsində qabiliyyətlərinin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə də, ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişafı üçün geniş imkanlar açır.