Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.
Yarışda Nizami rayonu üzrə 26 təhsil müəssisəsindən 200-dək nümayəndə iştirak edib. Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 27 komanda şəklində mübarizə aparıblar.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev və başqaları iştirak ediblər.
Tədbir sonunda qaliblərə diplomlar, medallar, hədiyyələr və kubok təqdim təqdim olunub.




