
Müstəqilliyimiz Azərbaycan xalqının tarixi nailiyyətidir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynmışdır.
Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, müzəffər Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı şanlı qələbələr sayəsində mümkün oldu. Bu zəfərlər son 200 illik tariximizin ən böyük qələbələridir. Bütün bunlar, həmçinin Böyük Qayıdış proqramının uğurla rallaşdırılması müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsidir!
Müstəqillik Günü münasibətilə Nizami rayon Bələdiyyəsi adından sizləri səmimi qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin əbədi müstəqilliyi, tərəqqisi və əmin-amanlığı naminə gördüyünüz bütün işlərdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram!
Bakı şəhər Nizami Bələdiyyə üzvü,
SOCAR Downstream Management Şirkəti-İnzibati sənəd dövriyyəsi üzrə kiçik mütəxəssis, Abdurrahmanova Nailə.