Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.9-cu Mediadan, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi bəndinin icrası ilə bağlı 03.07.2025-ci il tarixində Nizami Bələdiyyəsində növbəti tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhman Hüseynov və Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış ediblər.
Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin, ictimai müzakirələrin keçirilməsi, bukletlərin hazırlanması və əhali arasında geniş yayılmasının təşviq edilməsi bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasında, eyni zamanda vətəndaş dəstəyinin gücləndirilməsində xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə müxtəlif müazakirələr aparılıb, maarifləndirmə tərbirləri ilə bağlı əsas vəzifələr müəyyən olunub, iştirakçılara korrupsiyaya qarşı mübarizəyə dair yaddaş kitabçası və hazırlanmış bukletlər barədə məlumatlar verilib.
Maarifləndirmə tədbirləri müxtəlif ünvanlarda “Sosial ədalət, ictimai nəzarət: Korrupsiyaya yox deyək!” adlı aksiya ilə davam etdirilib, sakinlərə bukletlər paylanılıb.
Keçirilmiş maarifləndirmə tədbirləri Nizami Bələdiyyəsinin internet səhifəsində xüsusi buraxılış şəklində paylaşılıb.










