Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar İcra Hakimiyyətinin əməkdaşları, Nizami Bələdiyyəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər,şəhidlərin ailə üzvləri,Nizami rayonu “Vətən Müharibəsi Şəhidləri" memorial kompleksini, Keşlə Şəhidlər Xiyabanını,II Fəxri Xiyabanda şəhidlərin məzarlarını və Zəfər parkını ziyarət edərək,Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.