Anım mərasimində şəhidlərin ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov,Nizami bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Emil Qafarov iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, kapitan Şahmar Quliyev 28 sentyabr 2020-ci il tarixində Suqovuşan döyüşləri zamanı, çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində, Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kapitan Şahmar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Samir Xəlili və çavuş Toğrul İsayev ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər.



