01 oktyabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov,İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev,Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova Vətən müharibəsi şəhidi Xəlili Samir Əhməd oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətlərinin daim diqqətdə saxlanıldığını və göstərilən sosial dəstək tədbirlərinin bundan sonra da davam ediləcəyi vurğulanıb.
Şəhidin ailə üvzləri onlara göstərilən dəstəkləri hər zaman hiss etdiklərini, dövlətin onların yanında olduğunu və buna görə də müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
