Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qayğı” uşaq reabilitasiya mərkəzinə gəlib. Azərbaycanın 1-ci xanımına məlumat verilib ki, 1952-ci ildə burada “Zanbaq” adlı uşaq bağçası olub. Yenidənqurma işlərinə 2.12-ci ildə başlanılıb, binaya tikili əlavə olunub. İndi Mərkəzin yerləşdiyi ərazi 6 min 5..-dən çox kvadrat metr təşkil edir. Mehriban Əliyeva uşaq reabilitasiya mərkəzinin açılış mərasimində iştirak edib. Heydər Əliyev Fondunun prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış olub. Burada 3-6 yaşında olan uşaqlara qayğı göstəriləcək. Mərkəzdə yaradılacaq 3 qrupun hər birinin ayrıca yataq, massaj, prosedur, həkim, oyun, trenajor otaqları var. Mərkəzdəki trenajorlar məhz serebral iflicdən əziyyət çəkən azyaşlı uşaqlar üçün nəzərdə tutulub. Yerli mütəxəssislər tərəfindən təqdim edilən Mərkəzin layihəsinə əsasən burada 56 müşahidə kamerası quraşdırılıb. Onlardan 15-i həyətdədir. Məlum olduğu kimi, serebral iflicdən əziyyət çəkənlərin su prosedurları ilə müalicəsinə xüsusi əhəmiyyət verilir. Bu amil nəzərə alınaraq, Reabilitasiya Mərkəzində qapalı hovuz inşa edilib. Heydər Əliyev Fondunun prezidenti uşaqların qidalanması ilə maraqlanıb. Məlumat verilib ki, balacaların düzgün və vaxtında qidalanması məqsədilə Mərkəzin ümumi mətbəxi və hər bir qrupun ayrıca mətbəxi var. Mehriban Əliyeva Reabilitasiya Mərkəzinin həyətinə də baxıb. Müəssisənin ətrafında 4 min kvadrat metrə yaxın yaşıllıq zolağı yaradılıb, ərazidə 154 müxtəlif növ ağac var, uşaqlar üçün əyləncə sahəsi qurulub. Mərkəzlə tanış olan Mehriban Əliyeva bu müəssisəyə işlərində uğurlar arzulayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub.