Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ictimaiyyət nümayəndələri,şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Cəfərov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Vüqar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı,"Cəbrayılın azad olunmasına görə" medalı,"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib

