Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Nizami bələdiyyəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Rzayev İlkin Cəfər oğlunun əziz xatirəsini yad edərək, şəhidimizin yadigarı, övladı Nurun doğum günü münasibətilə ailəsini ziyarət etmiş, səmimi təbriklərini və ən xoş arzularını çatdırmışlar.
Şəhid ailələrinə göstərilən diqqət və qayğı cəmiyyətimizin mənəvi borcu, milli həmrəyliyimizin və vətənpərvərlik dəyərlərimizin təzahürüdür. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır, onların ailələrinə ehtiram və dəstək göstərmək isə hər bir vətəndaşın müqəddəs borcudur.
Nur balamıza sağlam, xoşbəxt və uğurlu ömür arzulayır, şəhidimizin ailəsinə dərin hörmət və ehtiramımızı bildiririk.
