22.05.2026

Bakı şəhər Nizami Bələdiyyəsinin rəhbərliyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Urban Expo” sərgisini ziyarət edərək nümayiş etdirilən innovativ şəhərsalma həlləri, dayanıqlı inkişaf layihələri və müasir urbanizasiya təcrübələri ilə yaxından tanış olublar.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma yanaşmaları, mənzil təminatı, ekoloji tarazlığın qorunması və yerli idarəetmənin təkmilləşdirilməsi kimi mühüm mövzulara həsr olunub.

Forum çərçivəsində keçirilən panel müzakirələrində və tematik sessiyalarda iştirak edən Nizami Bələdiyyəsinin nümayəndələri şəhər idarəçiliyi, urbanizasiya proseslərinin tənzimlənməsi, vətəndaş iştirakçılığının genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

“Urban Expo” sərgisində müxtəlif ölkələrin dövlət qurumları, yerli özünüidarəetmə orqanları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri tərəfindən təqdim olunan layihələr şəhərlərin gələcək inkişaf modelləri, innovativ idarəetmə mexanizmləri və ekoloji dayanıqlılığın təmin olunmasına yönəlmiş qabaqcıl yanaşmaları əks etdirib.

Qeyd edək ki, WUF13 dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.

Nizami Bələdiyyəsinin forum və sərgidə iştirakı şəhərsalma və yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, habelə əldə olunan bilik və təcrübələrin yerli səviyyədə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
22.05.202622.05.202622.05.202622.05.202622.05.2026
22.05.2026

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!