26.05.2026 Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub

Nizami Bələdiyyəsinin həyata keçirdiyi sosial dəstək tədbirləri çərçivəsində müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunaraq onlara bayram ərzaq sovqatları təqdim edilmişdir.

Keçirilən görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağı vurğulanmışdır. Həmçinin qazilərimizin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunması naminə göstərdikləri şücaətin yüksək dəyərləndirildiyi qeyd olunmuş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.

Nizami Bələdiyyəsi tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, cəmiyyətimizin milli-mənəvi dəyərlərinə sadiqliyinin, vətəndaş həmrəyliyinin və sosial məsuliyyət hissinin təzahürüdür.

Qurban bayramının mərhəmət, birlik, paylaşmaq və xeyirxahlıq kimi ali dəyərləri təbliğ etdiyini qeyd edən bələdiyyə nümayəndələri şəhid ailələrini və qaziləri bayram münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və əmin-amanlıq arzulamışlar.

Nizami Bələdiyyəsi bundan sonra da şəhid ailələrinin, qazilərin və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların yanında olmağı özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi davam etdirəcəkdir.

Müqəddəs Qurban bayramı münasibətilə bütün şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçılarını və xalqımızı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə sağlamlıq, ruzi-bərəkət və xoş günlər arzulayırıq.

Hörmətlə, Nizami Bələdiyyəsi!
26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!