Nizami rayonu ərazisində ətraf mühitin mühafizəsi və yaşıllıq zolaqlarının bərpası istiqamətində işlər davam etdirilir.
Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 24 noyabr 2026-cı il tarixində "Heydər Bağı – Park Bulvar"da piyada zolaqları boyunca yeni Xan çinar ağacı tingləri əkilib. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib və suvarılması təmin edilib.
Görülən işlərin əsas məqsədi park ərazisindəki yaşıllıq sahələrini genişləndirmək, ekoloji tarazlığın qorunmasına töhfə vermək və sakinlərin istirahəti üçün daha sağlam, abad mühit formalaşdırmaqdır. Aksiyada Nizami bələdiyyəsinin nümayəndə heyəti də iştirak edib.



