Nizami Bələdiyyəsinin nəzdində olan
“Neftçilər” metro stansiyasının yaxınlığında, “Ailə” supermarketin arxasında “xeyir-şər evi” deyilən balaca bir məkan var. Yaşayış binaları ilə əhatəli bu məkan artıq uzun illərdir ki, ahıl insanların öz dilləri ilə desək, “ruzi-bərəkət qapısı”na çevrilib. “Xeyir-şər evi”nin açıq qapısından sakit, gülərüzlü qocaların yemək yediyinə şahid olmağın özü də bir xoşbəxtlikdir. Təxminən 90-a yaxın insan mehribancasına əyləşib günorta yeməklərini yeyirdilər. 5 ildir ki, hər gün qeydiyyatdan keçmiş yaşlı insanlar buraya gəlir. Bu siyahıya yalnız Nizami rayonu ərazisində olan yaşlılar daxildir. Şənbə, bazar günləri işləmirik. İndi bəzi yaşlılarımız var ki, buraya gələ bilmirlər. Onların da yeməklərini evlərinə aparırıq. Saat 14-dən 15 radələrinədək hər kəs gəlib yeməyini yeyib, gedir. Bu təşəbbüs birbaşa insanların istəyi ilə əlaqədardır. Onların müraciətinə əsasən yaşlı, atılmış, tənha insanları isti yeməklə təmin edirik. Ümumiyyətlə, Azərbaycan xalqı xeyirxah xalqdır. Bu hər zaman belə olub.