YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib

YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib15.10.2014Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Şura iclası keçirilib.İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, aparılmış siyasi iş və ideoloji təbliğat nəticəsində ərazi ilk partiya təşkilatlarının və üzvlərimizin sayı da artırılıb: “Belə ki, bu ilin 9 ayı ərzində 7 yeni ərazi ilk partiya təşkilatı yaradılmış və 401 nəfər partiyaya qəbul edilmişdir. Bununla da, rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11035 nəfərə çatıb. mışdır. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir”.