"Şəhid ailələrinə və qazilərə qayğı ilə yanaşmaq, onlara lazımi maddi və mənəvi dəstək göstərmək hər bir bələdiyyənin sosial proqramlarının əsas tərkib hissəsi olmalıdır" - bu fikri Belediyye.infoya Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.
Sədr bildirib ki, ölkəmizdə dövlətimiz tərəfindən vətəndaş rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və görülməkdədir. Dövlətimizlə bərabər, bələdiyyəmizdə humanist layihələrə dəstək verir, bu kateqoriyaya aid vətəndaşlara qayğı göstərirlər.
Şəhid ailələri, qazilər və aztəminatlı ailələrə bayramlarda və əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, bayram süfrələri təşkil olunur.
Layihə çərçivəsində bu gün ərzində 45 şəhid ailəsi və qaziyə ərzaq yardımı göstərilib.
Sədr qeyd edib ki, bələdiyyə şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verməkdədir: "Bələdiyyəmizin əsas məqsədimiz əziz günlərdə onları yad etmək, mənəvi dəstək olmaqdır. Bu, hər bir bələdiyyənin müqəddəs borcudur"
19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb
2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib
Nizami Bələdiyyəsi kollektivi tərəfindən ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri apararaq müxtəlif cinsli ağaclar əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib
16.03.2024 Nizami Bələdiyyəsi kollektivi olaraq  ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib16.03.2024 Nizami Bələdiyyəsi kollektivi olaraq  ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib16.03.2024 Nizami Bələdiyyəsi kollektivi olaraq  ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib