İştirak edirdilər: İlk partiya təşkilatının idarə heyəti və digər üzvləri

Gündəlik: YAP Nizami rayon təşkilatının IX konfransına nümayədələrin seçilməsi

Eşidildi: Məsələ barədə ilk ərazi partiya təşkilatının sədr əvəzi Heydər Rəhimov məlumat verdi. Bildirdi ki, YAP Nizami rayon təşkilatının IX konfransı keçiriləcək. Konfransın keçirilməsinə hazırlıq işlərinin görülməsilə bağlı rayon təşkilatı Şurasının 27.12.2016-cı il tarixli iclasında müvafiq qərarlar verilmişdir. Həmin qərara əsasən bu gün ərazi ilk partiya təşkilatımızda iclas keçirilir.Qeyd edim ki, Hesabat dövründə ilk ərazi təşkilatının yığıncaqları keçirilmiş və bu yığıncaqlarda müxtəlif məsələlər müzakirəyə çıxarılmış, hər bir məsələ ətrafında geniş fikir mübadiləsi aparılmaqla müvafiq qərarlar qəbul olunmuş, qərarların icrasına nəzarət idarə heyətinə həvalə olunmuşdur. Razılıq hissi ilə qeyd etmək istəyirəm ki, qərarların icrası müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Hesaabat dövründə partiya sıralarına qəbul aparılmışdır. Sevindirici hallardan biri də budur ki, qəbul olunanların hamısı demək olar ki, gənclərdir. Bu isə gənclərin təşkilata olan inamının nəticəsidir. Lakin inanıram ki, biz yaxın vaxtlarda sayımızı daha da artırmağa nail olacağıq.
Mən çıxışımda ilk ərazi təşkilatının gördüyü işləri qısa şəkildə də olsa, sizlərin nəzərinə çatdırdım. Eyni zamanda, rayon təşkilatının IX konfransına nümayəndələri müəyyənləşdirməliyik və təşkilati məsələlərə baxmalıyıq.
İdarə Heyətinin üzvü Bəylər Quliyev: İlk olaraq ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab edirəm. Ötən müddət ərzində “Nizami Bələdiyyəsi” ərazi ilk partiya təşkilatı səmərəli fəaliyyət göstərib. Ona görə də, “Nizami Bələdiyyəsi” ərazi ilk partiya təşkilatının sədrliyinə Rəhimov Heydər Mikayıl oğlunun namizədliyini irəli sürürəm. Eyni zamanda, YAP Nizami rayon təşkilatının IX konfransında iştirak etmək üçün Quliyev Vüqar Həsən oğlu və Rəhimov Heydər Mikayıl oğlunun namizədliyini irəli sürürəm.
Heydər Rəhimov: Təşəkkür edirəm. İrəli sürülən təkliflərə münasibət bildirmənizi xahiş edirəm. Hamı razıdır, əleyhinə və bitərəf qalan yoxdur. Beləliklə, YAP Nizami rayon təşkilatı “Nizami Bələdiyyəsi” ilk partiya təşkilatının 17.01.2017-ci il tarixli iclası qərar alır:

QƏRARA ALINDI:

1. İlk təşkilatın fəaliyyəti qənaətbəxş hesab edilsin.
2. Ərazi ilk partiya təşkilatının sədri Rəhimov Heydər Mikayıl oğlu təsdiq edilsin.
3. YAP Nizami rayon təşkilatının IX konfransında iştirak etmək üçün aşağıdakı şəxslər nümayəndə olaraq təsdiqlənsinlər:
- Quliyev Vüqar Həsən oğlu
- Rəhimov Heydər Mikayıl oğlu


İclasın sədri: Heydər Rəhimov
İclasın katibi: Miralə Ağayeva
04.11.2016 Tədbiri giriş sözü ilə açan Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev görüşün önəmini vurğuladı və qeyd etdi ki, hər il olduğu kimi bu ildə 31 oktyabr-5 noyabr 2016-cı il tarixlərini əhaət edəcək Həftə çərçivəsində yerli və regional hakimiyyət orqanları eləcə də yerli hakimiyyətlərin milli assosiasiyaları bir və ya bir neçə gün ərzində yerli həyatın müxtəlif məsələləri ilə bağlı cəmiyyətin müxtəlif təbəqələri üçün müxtəlif növ tədbirlər: prezentasiyalar, dəyirmi masalar, ictimai dinləmələr, mətbuatda, televiziya və radioda “sual-cavab” formatlı görüşlər, bələdiyyə və icra hakimiyyətlərində “açıq qapı” günləri, sərgilərin təşkili, bələdiyyələrdə qaçqın və köçkün insanlarla görüş, “qaynar xətt” və internet-konfranslar həyata keçiriləcəkdir. Bugünki tədbir də məhz bu məqsədləri özündə birləşdirir.Sonra Nizami Bələdiyyəsinin sədr müavini B.Quliyev çıxış edərək Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq qeyd edilmişdir ki, Ulu öndərin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur. Eyni zamanda ölkədə yerli və regional idarəetmə institutunun son illərdə ən yüksək səviyyədə formalaşması bunun əyani sübutudur. Tədbirdə Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də çıxış edərək artıq uzun illərdir ki ölkəmizdə keçirilən “Yerli Demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasında, fəallığının artmasında rolunu diqqətə çatdırdı.
test
Geriyə İrəli