Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.18.10.20014 18 oktyabr – Müstəqillik Günü münasibətilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Məhz, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2.14-cü ilin III rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında ətraf mühitin qorunması və ekologiya ilə bağlı müxtəlif tapşırıqlar verib.
Trend-in məlumatına görə, keçirilmiş aksiya çərçivəsində İ.Məmmədov küçəsinin və Babək prospektinin kəsişməsi boyunca yol kənarlarında yaşıllıqların salınması məqsədilə partiya fəalları və rayon ictimaiyyəti tərəfindən onlarla Eldar şamı və digər növ həmişə yaşıl ağaclar əkilib.
Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilməkdədir.
Nizami Rayonunda  Qurban bayramı münasibətilə mərasim keçirilmişdir.04.09.2014 cü il tarixdə Müqəddəs Qurban Bayramı münasibətilə Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən Mərasim zalında bayram süfrəsi açılıb. Sakinlərə qurban əti paylanmışdır.
Nizami rayonunda KİV rəhbərləri ilə görüş keçirildi
19.11.2013 Nizami Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə qəzet redaktorlarının rayon ictimaiyyəti ilə növbəti görüşü keçirildi.
Nizami Bələdiyyəsinin  müqəddəs Qurban bayramında keçirdiyi tədbir15.11. 2013 cü il tarixdə Müqəddəs Qurban Bayramı münasibətilə
Bakı şəhər Nizami Bələdiyyəsi 2.. nəfər imkansız və az təminatlı sakinlərə qurban əti paylamışdır.
"Bakı Expo" Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğur.17.09.2013 Bakı şəhər Nizami Bələdiyyəsinin kollektivi "Bakı Expo" Sərgi Mərkəzində Azərbaycanın son 1. ildə əldə etdiyi nəaliyyətlərin nümayişi sərgisində iştirak etmişdir.
Bakı Şəhər Nizami Bələdiyyəsinin sədri  Vüqar Quliyev imkansızlar  üçün müqəddəs Ramazan bayramında (200 nəfərlik) iftar süfrəsi vermişdir.08.08.2013 Bakı şəhər Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev imkansızlar üçün müqəddəs Ramazan bayramında (200 nəfərlik) iftar süfrəsi vermişdir.
Xatun kənd-muzeyi ziyarət edilib
Bakı Şəhər Nizami Bələdiyyəsi sədri və nümayəndə heyəti II Dünya Müharibəsi zamanı alman faşizminin Xatun kəndində insanlığa qarşı törətdikləri vəhşiliyi əks etdirən kənd-muzeyini ziyarət ediblər.
Nizami bələdiyyəsi "Braslav ildırımları" festivalında Nizami bələdiyyəsinin sədri cənab Vüqar Quliyevin rəhbərliyi ilə Bakı Şəhər Nizami Bələdiyyəsinin nümayəndə heyəti 1-2 iyun 2013-cü il tarixində Belarus Respublikasının Braslav rayon İcra komitəsinin dəvəti ilə "Braslav İldırımları" ənənəvi festivalda iştirak etmişdir.
Mehdi Hüseyinzadənin məzarı ziyarət  olunub Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev,1941-1945-ci il Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycanlı Mehdi Hüseynzadənin Sloveniyanın Çepovan kəndindəki qardaşlıq qəbiristanlığındakı məzarını ziyarət edib.
Nizami Bələdiyyəsi Bursa şəhərində Türkiyə Cumhuriyyəti Bursa şəhər Nilüfər Bələdiyyəsinin 12 yanvar 2013-cü il tarixli məktubuna əsasən 13-20 may 2013-cü il tarixinədək keçiriləcək Beynəlxalq Nilufer Spor Şənlik Festivalında Nizami Bələdiyyəsi adından rəqs qrupu kimi iştirak edəcək 1 saylı uşaq evinin “Azəri” rəqs qrupunun 13 üzvü (1 müəllim + 12 rəqqas) , Nizami Bələdiyyəsindən 5 nəfər, Cəmi: 18 nəfər nümayəndə 7 günlük Türkiyə Cumhuriyyətinin Bursa şəhərinə ezam olunmuşdular.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!