Mehriban Əliyeva “Qayğı” uşaq reabilitasiya mərkəzinin açılış mərasimində iştirak edib Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Qayğı” uşaq reabilitasiya mərkəzinin açılış mərasimində iştirak edib, 82 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şərait ilə tanış olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun təşəbbüsü ilə yaradılan “Qayğı” uşaq reabilitasiya mərkəzinin açılış mərasimində iştirak edib.
İzmir Bələdiyyəsinin nümayəndəsi Nizami Bələdiyyəsində qonaq oldu 1 saylı uşaq evinə gələn Türkiyə Respublikası İzmir Bələdiyyəsinin nümayəndəsi Nizami Bələdiyyəsində qonaq oldu.
Nizami bələdiyyəsi nəzdində "Uşaq Şahmat Məktəbi" fəaliyyət göstərir. "Uşaq Şahmat Məktəbi" mütəmadi olaraq şahmat yarışları keçirir və yeni uşaqlar məktəbə qoşulur.
Ulu Öndər Heydər Əliyevin 90-illiyi ilə əlaqədar olaraq Nizami Bələdiyyəsi  1 sıra tədbirlər təşkil edib
Tədbirdə 1 saylı uşaq evindən rəqs qrupu çıxış edib, “Uşaq Şahmat məktəbi" uşaqlar arasında şahmat yarışı keçirib. Eləcə də Nizami bələdiyyəsi ilə Keşlə bələdiyyəsinin futbol komandaları öz aralarında mini futbol yarışı keçirib.
Çernobıl əlilləri ilə görüş Nizami rayon təşkilatından Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub.
Gəncə şəhəri “EMON” hotelində ümumi yığıncaq keçirilmişdir Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının idarə heyətinin qərarına əsasən Gəncə şəhəri “EMON” hotelində ümumi yığıncaq keçirilmişdir. Yığıncaq Avropa Yerli və Regional Hakimiyyətlər Konqressinin 23-cü Plenar Sessiyasında qəbul edilmiş Azərbaycana dair 326(2012) saylı Tövsiyədə qaldırılan məsələləri münasibət bildirilməsini əhatə edirdi.
“Çernobıl” qəzasında əlil olmuş vətəndaşlara sovqat paylanmışdırAzərbaycan Respublikası “Çernobıl Əlilləri” İttifaqının müraciətinə əsasən 26 aprel “Çernobıl” qəzasının ləğv edilməsində iştirak etmiş və əlil olmuş, ağır durumda olan vətəndaşlara mənəvi dəstək məqsədi ilə Nizami Bələdiyyəsi “Çernobıl” qəzasının ləğv edilməsində zərər çəkmiş 50 nəfər vətəndaşa sovqat paylamışdır.
Ulu Öndər Heydər Əliyevin 90-illiyinə həsr olunmuş iclasAprel ayının 19-da Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası Azərbaycan Respublikası Prezident Yanında İdarəçilik Akademiyasında Ulu Öndər Heydər Əliyevin 90-illiyinə hərs olunmuş iclas keçirilmişdi. İclasda Nizami Bələdiyyəsi tərəfindən bələdiyyənin sədri cənab Vüqar Quliyev ətraflı olaraq çıxış etmişdir.
Azərbaycanda Yerli Demokratiya Həftəsi
Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən 2012-ci ilin noyabr ayının 5-dən 11-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər keçirilmişdir.
“Çağdaş Azərbaycan” bilik yarışması
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 02 dekabr 2012-ci il tarixdə Nizami Rayon Bələdiyyəsi və Hədəf Kurslarının birgə layihəsi əsasında Nizami rayonunda təhsil alan 9, 10 , 11-ci sinif şagirdləri arasında “Çağdaş Azərbaycan” adlı bilik yarışması keçirilib.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!