Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun anası Səmayə xanımı doğum günü münasibətilə ziyarət etmiş, ona ən səmimi təbriklərini və xoş arzularını çatdırmışlar.

Görüş zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanmışdır.

Səmayə xanıma möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulamış, şəhid ailələrinə göstərilən hörmət və ehtiramın hər zaman davam etdiriləcəyi bildirilmişdir.
21.05.202621.05.2026
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin rəhbərliyi Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günü münasibətilə ailəsini ziyarət etmişlər.

Ziyarət zamanı Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu, Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri və xidmətləri dərin ehtiramla yad edilmişdir. Bildirilmişdir ki, İqor Kşnyakinin Vətənə sədaqəti, cəsarəti və fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Görüş zamanı ailə üzvlərinə dövlətin və cəmiyyətin daim onların yanında olduğu vurğulanmış, onlara mənəvi dəstək ifadə edilmiş, qəhrəmanımızın əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunmuşdur.
19.05.2026
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 2026-cı il "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş II Makeathon Nizami Festivalı keçirilib.

Rayon gənclərinin müasir texnoloji biliklərə sahib olması, robotiks və süni intellekt sahəsinə marağının artırılması, müasir şəhərsalma barədə ilkin bilik və bacarıqların formalaşdırılması məqsədilə təşkil olunan festivalda 32 komanda və 21 fərdi iş təqdim olunub, ümumilikdə 300 gənc təqdimatla çıxış ediblər. Onların “Smart city” və “Sərbəst layihə” mövzularında işlərinə baxış keçirilib. Gənclər “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı ev”, “Rəqəmsal mənzil”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yağış sularının idarə olunması və səmərəli istifadəsi”, “Tarixi abidələrə perspektiv baxış”, “Bərpaolunan enerji və ekosistem” və başqa mövzularda layihələrini təqdim ediblər.

Eyni zamanda, festival çərçivəsində “Xəyalımdakı şəhər” mövzusunda rəsm müsabiqəsinə daxil olmuş 43 işə baxılıb, eləcə də 60 inşaya rəy bildirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə müasir, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova və başqaları Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma ilə bağlı həyata keçirilən işlərdən, ölkəmizin timsalında müasir şəhərsalma nümunələrindən, WUF13-ün əhəmiyyətindən söz açıb, gənc nəslin müasir dövrün çağırışlarına uyğun yetirişdirilməsi vəzifələrindən bəhs ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizdə may ayının 17-dən 22-dək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Qədim tarixə, zəngin mədəniyyətə və sürətlə inkişaf edən müasir şəhər həyatına malik olan Bakımızda “WUF13” tədbirinin keçirilməsi şəhərlərin gələcəyi naminə beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu bir daha göstərir. Bildirilib ki, bu gün texnologiya və innovasiya şəhər həyatını dəyişir. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji nəqliyyat və yaşıl məkanların artırılması şəhərlərin inkişafında əsas prioritetlərdən biridir. İnanırıq ki, “WUF13” çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıqlara, uğurlu təşəbbüslərə və davamlı inkişaf naminə mühüm qərarlara töhfə verəcək.

Çıxışlardan sonra festivalda təqdim olunan işlərin qiymətləndilməsindən sonra qaliblərə mükafatlar, eyni zamanda, iştirakçılara müxtəlif nominasiyalar üzrə sertifikatlar və təşəkkürnamələr də təqdim edilib.

Festivala “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin kollektivinin konsert proqramı ilə yekun vurulub.
20.05.202620.05.202620.05.202620.05.202620.05.2026
Bakı şəhər Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev ərazidə seçicilərlə görüş keçirərək, vətəndaşlardan daxil olan müraciətlər əsasında həyata keçirilən abadlıq işləri ilə yaxından tanış olub.
O, sakinlərlə söhbət zamanı onların təklif və müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Vüqar Quliyev bildirib ki, ərazidə aparılan abadlıq və quruculuq işləri vətəndaşların rahatlığının təmin olunmasına, yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
20.05.202620.05.202620.05.202620.05.202620.05.202620.05.202620.05.2026
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Nizami bələdiyyəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Rzayev İlkin Cəfər oğlunun əziz xatirəsini yad edərək, şəhidimizin yadigarı, övladı Nurun doğum günü münasibətilə ailəsini ziyarət etmiş, səmimi təbriklərini və ən xoş arzularını çatdırmışlar.

Şəhid ailələrinə göstərilən diqqət və qayğı cəmiyyətimizin mənəvi borcu, milli həmrəyliyimizin və vətənpərvərlik dəyərlərimizin təzahürüdür. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır, onların ailələrinə ehtiram və dəstək göstərmək isə hər bir vətəndaşın müqəddəs borcudur.

Nur balamıza sağlam, xoşbəxt və uğurlu ömür arzulayır, şəhidimizin ailəsinə dərin hörmət və ehtiramımızı bildiririk.19.05.2026
Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi” mövzusunda tədbir keçirilib.
10 may 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
10.05.202610.05.202610.05.2026
Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və müasir Azərbaycanın dövlətçilik fəlsəfəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, geniş rayon ictimaiyyətinin nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, gənclər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən video-film nümayiş olunub.
Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tədbirdə çıxış ediblər.
Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi və xilaskarı, xalqımızın Ümummulli Lideri Heydər Əliyevin anadan olduğu gün, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış əlamətdar bir gündür və xalqımız bu əlamətdar günü böyük təntənə və ümumxalq sevgisi ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin ömür yolu Azərbaycanın müasir tarixinin özü, müasir Azərbaycan isə Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük Şah əsəri, indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Müasir Azərbaycanın ən yeni tarixini yaradan və yazan bütün dövrlərin ən böyük Azərbaycanlısı xalqının Ümummilli Lideri olaraq hər bir azərbaycanlının qəlbində Heydər Əliyev ölməzliyini yaratdı. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Vurğulanıb ki, Ulu Öndərin azad Qarabağ və tam müstəqil Azərbaycan arzularını, müqəddəs Ata vəsiyyətini şərəf və ləyaqətlə yerinə yetirən, şanlı Zəfər qalibiyyətini yazan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi xətti çox uğurla davam etdirilir, qazanılan bütün uğurların və qələbələrin əsasını Ulu Öndərin ölməz ideyaları təşkil edir, ondan qaynaqlanır.
Tədbir bədii hissə ilə davam edib, tanınmış incəsənət nümayəndələrinin ifalarında Ulu Öndərin sevimli mahnıları səsləndirilib
08.05.2026-cı il 08.05.2026-cı il 08.05.2026-cı il
Bakı Şəhər Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev yeni ailə həyatı qurmuş Vətən müharibəsi qazisi İlham Ağazadənin ailəsini ziyarət etdi. Gənc ailəni bu əlamətdar və sevincli gün münasibətilə təbrik edərək onlara sevgi, qarşılıqlı anlayış, xoşbəxtlik və firavanlıq dolu bir ömür arzuladı.
Vətən uğrunda şücaət göstərmiş qəhrəman qazimiz İlham Ağazadəyə yeni həyat mərhələsində ailəsi ilə birlikdə daim sevinc, səadət, sağlamlıq və uğurlar diləyirik. Allah onların ocağını hər zaman isti, süfrəsini bol, həyatını isə xoşbəxt etsin.
06.05.2026- cı il 06.05.2026- cı il
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra çıxışlar dinlənilib. Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın müasir tarixinin milli intibah dövrü məhz müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran vəziyyətindən çıxararaq xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Ümummilli Liderimiz mürəkkəb dövrlərin çətinliklərinə baxmayaraq, ölkəmizi təhlükələrdən qoruyub və ona həm regionda, həm də dünyada layiqli mövqe qazandırıb.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
05.05.2026-cı il Nizami Bələdiyyəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 05.05.2026-cı il Nizami Bələdiyyəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 05.05.2026-cı il Nizami Bələdiyyəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!