14.02.2023  Dünyaya nümayiş etdirilən misilsiz qardaşlıq nümunəsi Fevralın 6-da baş verən dəhşətli zəlzələ ucbatından Türkiyədə yaşanan faciə Azərbaycan dövlətinin, xalqının dərin sarsıntısına, kədərinə səbəb olub.
Bu gün Azərbaycanda vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs zəlzələdən zərərçəkən qardaşlarımızın ağrı-acısına məlhəm olmaq üçün əlindən gələn köməyi göstərməyə, onlara can-dildən maddi və mənəvi dayaq durmağa çalışır. Bir qardaşın dar gündə digər qardaşının harayına yetişməsinin misilsiz nümunəsini dünyaya nümayiş etdirirlər.
Necə ki fevralın 8-də Türkiyə səfirliyinə gedərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə səfirinə başsağlığı verdiyi zaman Prezident İlham Əliyev də bu barədə deyib: "...Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir".
Azərbaycan Türkiyədə baş verən fəlakətdən dərhal sonra qardaş ölkənin yardımına tələsib. Fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dərin hüznlə başsağlığı verən Prezident İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır: "Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır".
Fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olan Prezident İlham Əliyev səfir Cahit Bağçı ilə söhbəti əsnasında bildirib ki, Azərbaycan, hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini, həmişə olduğu kimi, nümayiş etdirir. "Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir", - deyə, məlumat verən dövlətimizin başçısı xüsusi olaraq vurğulamışdı ki, yəni bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.
Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə hərtərəfli yardım göstərir.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar 6-9 fevral tarixləri ərzində Azərbaycandan Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə humanitar yardım çatdırılıb, həmçinin 855 000 manat maddi yardım edilib.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən humanitar yardımlar göndərilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.
Fevralın 9-da zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşmüş, Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirmişdi.
"İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!", - söyləyən Rəcəb Tayyib Ərdoğan "Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!", - deyə vurğulamışdır.

Laura Quliyeva Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru
14.02.2023  Xalqımız kütləvi şəkildə qardaş Türkiyəyə yardım üçün səfərbər olub. Qardaş Türkiyə Cümhuriyyətində fevralın 6-da baş vermiş zəlzələlər nəticəsində minlərlə insan həyatını itirmiş, on minlərlə insan ağır xəsarət almışdır. Faciə qurbanlarının və yaralıların sayı anbaan artmaqdadır. Zəlzələ baş verən gündən Azərbaycan xalqı üzüntülü və hüznlü günlər yaşayır. Böyükdən-kiçiyə hamı bu faciənin baş verməsinə ürəkdən acıyır, insanlarımız Türkiyənin Bakıdakı səfirliyinə gedib başsağlığı verir, bu faciəli günlərdə qardaş Türkiyə xalqı ilə bir yerdə olduqlarını bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayırlar. Ölkəmizin bütün bölgələrində insanlar Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüzn və qardaşlıq ehtiramı ilə yad edir, yaralıların tezliklə sağalmaları üçün dualar edirlər.
Azərbaycan qardaş Türkiyəyə yardım edən ilk ölkə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Prezident Rəcəb Tayyib Ərdoğana, ailəsinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı vermiş, yaralananların tezliklə sağalıb sağlam həyata qayıtmasını diləmişdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə dərin kədər hissi ilə qarşılaşdığını bildirmişdir.
Qeyd edək ki, faciə baş verəndən az sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb işçisi Türkiyəyə yola düşüb və vəzifə borclarını böyük fədakarlıqla yerinə yetirirlər. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq respublika Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də zəlzələ bölgəsində əllərindən gələn köməyi edirlər.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində yardıma ehtiyacı olan əhaliyə kömək məqsədilə ölkəmizdə kütləvi yardım kampaniyasına başlanılıb.
Kampaniya başlayandan qısa müddət ərzində xalqımız kütləvi şəkildə qardaş Türkiyəyə yardım üçün səfərbər olub.
Azərbaycan Prezidentinin tapşırığı ilə qardaş Türkiyənin zəlzələ bölgəsinə lazım olan humanitar yardım və kömək göstərilir. Faciədən zərər çəkmişlərə Heydər Əliyev Fondu tərəfindən xüsusi təyyarə vasitəsilə müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimatlar, eləcə də isti geyimlər çatdırılmışdır. Humanitar yardım davam etməkdədir.
Azərbaycan və Türkiyə iki dövlət, bir millət olaraq həmişə bir-birinin yanındadır.

Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri
14.02.2023  Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. "Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Türkiyədə geniş bir ərazidə baş vermiş zəlzələ ilə əlaqədar fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Fevralın 6-da Prezident İlham Əliyev həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmişdir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib. Cənab Prezident çıxışında xüsusi olaraq vurğulayıb: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.”
Cənab Prezident “Azərbaycan həmişə olduğu kimi, bu çətin günündə də qardaş Türkiyəyə dəstək olmağı özünün mənəvi, şərəf borcu sayır” deyə bildirib.
Qəhrəman Qasımov Qarabağ veteranı, Əməkdar müəllim
14.02.2023  Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstəkFevralın 6-si qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ bizi dərindən yaraladı. Çox təəssuf olsun ki, minlərlə insan bu zəlzələdə həlak oldu, yaralandı və ailəsini itirdi. Zəlzələnin yaratdığı fəlakət on şəhərin demək olar ki, tamamilə məhv olmasına, insanların evsiz qalmasına səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Sonuncu cümlə rəsmi başsağlığı məktublarındakı adi cümlə təsiri bağışlaya bilərdi – ortada real iş olmasaydı. Amma Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bütün dövlət qurumları qardaş ölkəyə yardım üçün səfərbər olundu. Çünki Türkiyə hazırda çox ağır bir dönəmdən keçir. Azərbaycan Prezidentinin göstərişi ilə ilk olaraq Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, xilasetmə avadanlıqları, tibbi heyəti, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıqlar, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və zərər çəkmiş əhali üçün humanitar yardım göndərildi.
Bundan əlavə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu da zəlzələ bölgəsinə iki təyyarə dolu humanitar yardım göndərdi.
Bakı başda olmaqla Azərbaycanın bir çox bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına qoşuldu. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlib, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verdilər.
Zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilməkdə davam edir. Xalqımız həmrəylik nümayiş etdirərək qardaş ölkəyə dəstək olur.
Seyla Baxşiyeva
06.02.2023 Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq Cənab Prezident İlham Əliyevin gərgin iş proqramına bu həftə daha biri əlavə olundu. Bildiyimiz kimi fevral ayının 2-də Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri gerçəkləşdi. Geniş tərkibdə baş tutan görüş iki ölkə arasında əlaqələrin inkişafı baxımından önəm kəsb edir. Xatırlatmaq istəyirəm ki, ötən ay hər iki ölkənin rəhbəri Buxarest şəhərində görüşmüşdülər. Belə qısa zaman ərzində yenidən ölkələr arasında ikitərəfli dialoqların davam etdirilməsi hələ müzakirə olunacaq məsələlərin mövcudluğundan xəbər verir. Rumıniya və Azərbaycan arasında yüksək səviyyədə olan münasibətlər strateji əhəmiyyət daşıyır və bu münasibətlər artıq 30 ildir davam edir.
İkitərəfli münasibətlərdən danışarkən ticari əlaqələri, xüsusilə neft sahəsində ixtisaslaşmış qurum olan SOCAR-ın Rumıniyadakı genişmiqyaslı fəaliyyətini qeyd edə bilərik. Rumıniya tərəfi bu münasibətləri daha da şaxələndirmək niyyətindədir.
Əminliklə deyə bilərik ki, Avropaya nəql olunacaq Azərbaycan qazının yeni ünvanı Rumıniyadır. Artıq hər kəsə bəllidir ki, enerji təhlükəsizliyi dünyanın öndə duran məsələlərindəndir. Bu kontekstən diqqət yetirsək Rumıniya öz enerji təhlükəsizliyini düşünərək Azərbaycanı özünə strateji və etibarlı tərəfdaş hesab edir.
Digər məqam isə yaşıl enerji ilə bağlı Azərbaycanın potensialı və bu sahədə qarşılıqlı fəaliyyət perspektivləridir. Azərbaycan bərpaolunan təbii enerji resursları ilə bağlı çox zəngin ehtiyatlara malikdir. Yaşıl enerji yeni dünyanın təhlükəsiz enerjisi hesab olunur və Azərbaycan Rumıniya ilə bu sahədə ciddi müzakirələr aparır.
Bütün bunlarla yanaşı iki dost və strateji tərəfdaş ölkə siyasi müstəvidə də bir-birinə dəstəyi əsirgəmir. Rumıniya hər zaman beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Eldəniz Zeynalov Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi
06.02.2023 Prezident İlham Əliyev Qərbə Bakının mövqeyinin dəyişmədiyi mesajını verdi. Azərbaycan növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu.
Tədbirlərdə Rumıniya Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirak edirdilər. Bu da ondan xəbər verir ki, Qərb bu məsələdə rəsmi Bakıya dəstək verməyə hazırdır. Eyni zamanda iclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların təmsil olunurdu. Şirkətlərin təbdirdə iştirak etməsi bu məsələdə təklif olaraq yol xəritəsini Azərbaycanın verəcəyini göstərir.
Prezident İlham Əliyev tədbirin açılışında çıxış etdi və çıxışında bir çox mühüm məqamlara toxundu.
Prezident çıxışında bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Bildiyimiz kimi hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibənin yenidən aktiv fazaya keçməsi ehtimal da yüksəkdir. Bu da Avropanın Rusiya ilə gərginlik fonunda enerji böhranına sürüklənməsi deməkdir.
Həmçinin ölkə başçısı dedi ki, “TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var”.
Yəni Prezident bu fikirləri ilə Qərbə Bakının mövqeyinin dəyişmədiyi mesajını verdi. Çünki Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini artırmaq və Avropaya daha çox qaz nəqli üçün maliyyə dəstəyi mütləqdir.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şura və İH üzvü
06.02.2023 Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaş kimi inkişaf etdirirlər Azərbaycan 1991- ci il 18 oktyabrda müstəqillik əldə etdikdən sonra, onu müstəqil dövlət kimi tanıyan ölkələrdən ikincisi məhz Rumıniya olmuşdur.Cənubi- şərqi Avropada yerləşən bu dövlət şimaldan və şərqdən Ukrayna ilə, şimal-şərqdən Moldova ilə, cənubdan Bolqarıstan və qərbdən isə Serbiya və Macarıstanla həmsərhəddir. Ölkə 1 yanvar 2007- ci ildən Avropa Birliyinin üzvüdür.
Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanla Rumıniya arasında əməkdaşlıq ötən əsrin 50- ci illərinə təsadüf edir. 1951- ci ildə bu ölkənin tanınmış bir qurup ictimaiyyət nümayəndələrinin Bakıya səfəri mədəni əlaqələrin formalaşmasına mühüm töhvə olmuşdur.
Artıq 1960- cı illərin 2- ci yarısından Azərbaycan- Rumıniya elmi əməkdaşlığı, alimlərin təcrübə mübadiləsi, elmi ezamiyyətləri ilə davam etdirilirdi.
1970- ci ildə Azərbaycan SSR- nin yaradılmasının 50 illiyi münasibətilə Rumıniya mediya nümayəndələri yenidən Respublikada səfərdə olmuş, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı ilə yaxından tanış olmuşlar.
Bu gündə bu ənənə davam etdirilir. Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri bu münasibətlərin məntiqi davamı idi. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha təsdiq edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya- Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR- ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. SOCAR- ın bu ölkədə 70- dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
Təbii qazın Rumıniya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perespektivlərini müəyyən edir.Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Murvet Ibrahimov
01.02.2023 2 Fevral Azərbaycan Gəncləri Günüdür 2 Fevral Azərbaycan Gəncləri Günüdür
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.
Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir.
Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Rəşad Ədilzadə Bakı Texniki Kollecin tələbəsi
01.01.2023  Heydər Əliyev və gənclərin təhsil siyasəti Heydər Əliyev və gənclərin təhsil siyasəti
Ümummilli lider Heydər Əliyev gənclər və onların təhsili ilə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdi.
Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdı. Azərbaycan Gənclərinin l Forumunda bu barədə danışan ulu öndər demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gə ləcxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70- əyini düşünürdüm”.
Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, Rusiya və digər keçmiş ittifaq ölkələrinə göndərilən tələbə və əmək miqrantlarının orada daimi yaşamaq qərarı verən bir hissəsi sonradan həmin şəhər və ölkələrdə Azərbaycan diasporunun qurucularına çevrildilər.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim ulu öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi idi.

Seyla Baxşiyeva
16.01.2023  “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür.“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür.
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənada artıq yeni dövrün tələblərinə cavab verməyən bir sıra qanunların təkmilləşdirilməsinə, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması da dövrün tələblərindən irəli gəlib.
Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib:
- Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə - onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir).
- Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”.
- 24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan).
- 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif;
- Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif (cəmi 350-dən çox təklif).
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib:

- Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub.
- Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilmişdir) çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib.
- Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib (40 sual verilmişdir).
- Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib.
- Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş).
- Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.


Heydər Rəhimov Nizami bələdiyyəsinin sədr müavini
Geriyə İrəli