Üç rəngli bayrağımız milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.“Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” – Ulu Öndər Heydər Əliyev

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.

. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

Ulu Öndər Heydər Əliyev: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”

Kəmalə Abdullayeva,
Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.
Azərbaycan Bayrağı – dövlətçiliyimizin və müstəqilliyimizin rəmziAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra bu bayraq rəsmi dövlət bayrağı statusunu itirmişdir.
Üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ilə qaldırılmışdır. Həmin sessiyada Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilmiş, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərar qəbul edilmişdir. Həmin qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.
1991-ci il fevral ayının 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək deyib: "Bu bayraq bizim milli dəyərimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Heydər Rəhimov,
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
Şanlı Zəfər-xalqımızın milli ruhunun və azadlıq istəyinin təntənəsidir.Zəfər – təkcə döyüş meydanında əldə edilən qələbə deyil. Zəfər, xalqın milli ruhunun, əqidəsinin, azadlıq istəyinin, mənəvi bütövlüyünün təntənəsidir. Hər bir xalqın tarixində elə məqamlar olur ki, bu məqamlar həm keçmişin yükünü, həm bu günün məsuliyyətini, həm də gələcəyin ümidini özündə birləşdirir. Azərbaycan xalqı üçün belə məqam, heç şübhəsiz, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi idi.

Bu müharibə təkcə torpaqların azadlığı uğrunda döyüş deyildi, həm də milli birliyin, milli özünüdərkin və dövlət-xalq-ordu birliyinin sınaqdan çıxdığı tarixi bir mərhələ idi. “Zəfərə gedən yol” məhz bu birlikdən, inamdan və ədalətə olan sarsılmaz etiqaddan keçdi.

Azərbaycan tarix boyu bir çox sınaqlardan keçib. Amma heç vaxt bu qədər milli həmrəyliyin, bu qədər bir məqsəd uğrunda birləşmənin şahidi olmamışdı. Zəfərə aparan yolun başlanğıcı məhz bu birliyin formalaşdığı anda qoyuldu.

Dövlətin siyasi iradəsi, xalqın sonsuz etimadı və ordunun peşəkarlığı bir bütöv mexanizm kimi işləyirdi. Hər kəs öz yerində bir mübarizə aparırdı: cəbhədə əsgər döyüşür, arxada həkim yaralıya həyat qaytarır, müəllim şagirdinə vətən sevgisini öyrədir, jurnalist gerçəkliyi çatdırır, ana dua edir, uşaq qələbəyə inanırdı. Bu mənzərə artıq təkcə bir müharibə deyil, milli ruhun təcəssümü idi.

Zəfərin təməlində duran əsas amil məhz bu idi – xalqın bir yumruq kimi birləşməsi. Bu yumruq təkcə düşmənə qarşı yönəlmədi, həm də tarix boyu milli yaddaşımızda dağınıq qalan parçaları birləşdirdi. Vətən anlayışı coğrafi deyil, mənəvi sərhədlər qazandı.

44 günlük müharibənin nəticəsi təkcə hərbi üstünlüyün deyil, həm də tarixi ədalətin bərpasının göstəricisidir. Otuz il ərzində işğal altında qalmış torpaqlarımızda hər daş, hər ağac, hər viran qalmış ev xalqın yaddaşında bir yaraya çevrilmişdi.

Bu yaraların sağalması üçün Zəfər gərək idi – ədalətli, haqlı, mənəvi zəfər. Azərbaycan Ordusunun döyüş meydanındakı qətiyyəti, xalqın arxa cəbhədəki birliyi və dövlətin möhkəm duruşu bu ədaləti təmin etdi.

Qarabağın azadlığı həm də şəhidlərin ruhuna sədaqətin ifadəsi idi. Hər bir şəhidin adı bu zəfərin qızıl hərflərlə yazıldığı səhifələrdə əbədiləşdi. Onlar həm torpağı, həm ruhumuzu azad etdilər.

Bu gün azad torpaqlarda bərpa olunan kəndlər, qurulan məktəblər, dirçəldilən mədəniyyət abidələri – hamısı bu qələbənin mənəvi davamıdır. Zəfər sadəcə bir günün hadisəsi deyil, bir millətin yenidən doğuluş tarixidir.

Zəfərin qazandırdığı ən böyük dəyər – özünəinamdır. Artıq Azərbaycan xalqı öz gücünü, birliyini, milli iradəsini bütün dünyaya nümayiş etdirmiş bir xalqdır. Bu inam gələcək nəsillərin milli kimliyini formalaşdıracaq, vətənpərvər gəncliyin ruhunda yaşayacaq. Zəfər həm də məsuliyyətdir – torpağı azad etmək qədər onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə layiq şəkildə ötürmək məsuliyyəti. Azərbaycan əsgərinin şücaətinə, Ali Baş Komandanın müdrik siyasətinə, xalqın bu savaşdan zəfərlə çıxacağına inam hissləri ilə yanaşı, xalqın birliyi, bölünməzliyi motivləri də özünü göstərir.

Zəfərə gedən yol uzun və çətin idi. Amma bu yolun hər addımı xalqımızın qüruru, dözümü və inamı ilə işıqlanmışdı. Bu gün bu yol tarixə çevrilib, lakin o tarix bizim yaddaşımızda, ruhumuzda, gələcəyimizdə yaşayır.

Zəfər – bir millətin qəlbindəki birliyə, ədalətə, müstəqilliyə olan inamın simvoludur. Və bu yol heç vaxt bitmir. Hər bir azərbaycanlının gündəlik əməli, zəhməti, vicdanı, Vətən sevgisi bu yolun davamıdır.

Yeganə Abbasova,
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
8 Noyabr – Zəfər Günü, Vətənimizin şərəf və qürur günüdür8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurlu səhifələrindən biridir. Bu gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin – torpaqlarımızın azad edilməsinin rəmzidir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü, Vətənimizin şərəf və qürur günüdür. Bu tarixi gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə əbədiləşdi.
Məhz 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu qəhrəmanlıq və rəşadət göstərərək Şuşa şəhərini azad etdi. Şuşanın azad olunması düşmən ordusunun tam məğlubiyyətini və Ermənistanın kapitulyasiyasını qaçılmaz etdi. Bu Qələbə ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımıza yenidən Azərbaycan bayrağı sancıldı, ədalət və tarixi haqq bərpa olundu.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan olundu. Bu gün Azərbaycan xalqının birliyinin, igid oğullarımızın qəhrəmanlığının, şəhidlərimizin əziz xatirəsinin və dövlətimizin gücünün simvoluna çevrilib. Otuz ilə yaxın işğal altında qalan doğma torpaqlarımız, xalqımızın ümidini heç vaxt itirmədiyi Qarabağ, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən azadlığa qovuşdu. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması bu Qələbənin zirvəsi, Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Şuşanın azadlığı ilə düşmən ordusu tam məğlub edildi, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı.
Bu Qələbə təkcə hərbi uğur deyildi – bu, xalqın birliyi, dövlətin qüdrəti, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı sayəsində qazanılmış tarixi ədalətin bərpası idi. Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, milli qürurunu və dövlət suverenliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan olundu. Hər il bu tarixdə ölkəmizin bütün bölgələrində təntənəli mərasimlər, yürüşlər, paradlar keçirilir, şəhidlərin ruhu yad edilir, qəhrəman oğullarımıza minnətdarlıq ifadə olunur.
Zəfər Günü – Azərbaycan xalqının dövlətinə, ordusuna və bayrağına olan sonsuz sevgisinin təcəssümüdür. Bu gün biz bir daha əmin oluruq ki, birliyimiz və əzmkarlığımız olduğu müddətdə heç bir qüvvə Azərbaycanın qarşısını ala bilməz.Zəfər Günü hər il böyük təntənə ilə qeyd edilir. Paytaxt Bakıda və bütün bölgələrdə paradlar, tədbirlər, konsertlər və anım mərasimləri təşkil olunur. Xalqımız şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlıq bildirir.

Kəmalə Abdullayeva,
Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.
Qubadlı şəhərinin işğaldan azad edilməsindən beş il ötür. 25 Oktyabr Qubadlı şəhər günüQubadlı şəhərinin işğaldan azad edilməsindən beş il ötür.

Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub.

27 ildən sonra 2020-ci il 25 oktyabr tarixində 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu, Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

İndi bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Sözsüz ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək. Çünki Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.

Bütün xalqıpmız, xüsusilə də qubadlılar bu tarixi günü böyük fəxarət və qürur hissləri ilə qeyd edir.

Heydər Rəhimov,
Nizami bələdiyyəsinin sədr müavini.
Qubadlının yeni inkişaf tarixi başlanıb 25 Oktyabr Qubadlı şəhər günü.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir.

Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Rayon 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin şücayəti nəticəsində erməni işğalından azad olunub.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olub. Artıq xalqımız 3-cü ildir ki, bu əlamətdar tarixi böyük qürur və fəxarət hissləri ilə qeyd edir.

Bu gün işğaldan azad olmuş bütün ərazilərimizdə olduğu kimi Qubadlıda da böyük abadlıq, quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur. Qubadlının yeni inkişaf tarixi başlanıb.

Xalqımız tam əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi nəzarəti və göstərişləri sayəsində qısa zaman kəsiyində Qubadlı rayonu yenidən Azərbaycanın dilbər guşəsinə çevriləcəkdir.

Yeganə Abbasova,
Nizami bələdiyyəsinin sədr müavini.
Nizami bələdiyyəsi sosial məsuliyyət fəaliyyəti çərçivəsində,Nizami bələdiyyəsi tərəfindən Vətən müharibəsi Şəhidi Qumaşov Anar Saleh oğlunun ailə üzvlərinin müraciətinə əsasən şəhidin yaşadığı Nizami rayon M.Şərifli küçəsi ev 88 saylı ünvanda yerləşən xatirə löhfəsi ətrafında yaşıllıq-abadlıq işləri aparılaraq,dekorativ gül və çiçəklərin əkilməsi həyata keçirilmişdir.

Şəhidin ailə üvzləri onlara göstərilən dəstəkləri hər zaman hiss etdiklərini, dövlətin onların yanında olduğunu və buna görə də müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Anar Qumaşov 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah cəmi Şəhidlərimizin ruhunu şad etsin
Şəhidlərimizin şanlı ruhu hörmətlə yad edilirŞəhidlərimizin şanlı ruhu hörmətlə yad edilir
Zəngilan rayonunun ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür

Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin beşinci ildönümüdür.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olub. İşğal dövründə bütün abidələr, o cümlədən rayonun bütün infrastrukturu erməni vandalları tərəfindən məhv edilib. Erməni vandalları Zəngilanda təbiətə qarşı da terror törədib, meşələri məhv edib, o cümlədən rayon ərazisində olan qızıl yatağı, qara mərmər yatağı və digər təbii sərvətləri mənimsəmişlər.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 24-cü günü, oktyabrın 20-də Zəngilan şəhəri erməni işğalından azad edildi.

Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.

Zəngilanın işğaldan azad edilməsi Vətən mühaibəsinin gedişində ən uğurlu əməliyyatlardan biri oldu. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi və işğal altında qalmış 132 kilometr sərhəd azad edildi.

Bu gün cənab Prezidentimizin şəxsi nəzarəti və rəhbərliyi altında Zəngilanda böyük quruculuq işləri aparılır. Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi, 200 evdən ibarət gözəl kənd salınıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Həmçinin Zəngilanda inşa edilmiş Beynəlxalq Hava Limanı isə regionun gələcək inkişafında müstəsna əhəmiyyət daşıyan ən böyük infrastruktur layihələrindən biridir.

Zəngilan rayonunun ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Zəngilanda görülən bu işlər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəkdir.

Heydər Rəhimov
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
20 Oktyabr Zəngilan şəhəri günü- şanlı Zəfərin qürur və fəxarət səhifəsi.1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu işğaldan azad edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin
Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Artıq üçüncü ildir ki, xaqımız, xüsusiə də zəngilanlılar Zəngilan şəhəri gününü böyük qürur və fəxarət hissləri ilə qeyd edirlər.

Araz Aslanov,
Bakı şəhər Nizami bələdiyyəsinin üzvü.
Şanlı Zəfərin təntənəsi- Füzuli Şəhər Günü! Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Artıq üçüncü ildir ki, xaqımız, xüsusilə də Füzuli sakinləri bu əlamətdar günü böyük əhval-ruhiyyə və təntənə iə qeyd edirlər.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Həmidə Ələfsərova Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayonunun ictimai fəalı

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!