2015-ci il sentyabr ayının 18-də FHN Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili”18.09.2015 Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılmasında FHN orqanları ilə yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyətinin müstəsna rolu vardır. Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili FHN Bakı Regional Mərkəzinin daim diqqət mərkəzindədir.
Artıq 4 ildir ki, Mərkəzdə Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin sədrlərinin iştirakı ilə dəyirmi masalar keçirilir.
Növbəti belə tədbir 2015–ci ilin sentyabr ayının 18-də Bakı Regional Mərkəzində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Bakı Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda keçirilmişdir.
Tədbirdə FHN Aparatı və qurumlarının nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri və icra katibləri, Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin sədrləri, bələdiyyə sədrləri şuralarının sədrləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin rəis müavini Tale Şamçıyev çıxış edərək fövqəladə hallar orqanları ilə bələdiyyələrin mümkün əməkdaşlıq sahələri barədə danışmış, qeyd etmişdir ki, hər iki qurumun nümyəndələri yalnız fövqəladə hallar zamanı deyil, o hadisələrdən xeyli əvvəl – maarifləndirmə tədbirlərində görüşməli, fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, onların qarşısının alınmasında əlbir işləməlidirlər. Çıxışda mümkün əməkdaşlıq sahələri kimi infrastruktur şəbəkələrinin vəziyyətinə nəzarət, işıq, su və elektrik şəbəkələrinin mühafizə zonalarında qeyri-qanuni aparılan tikintilərin qarşısının alınması, tüstü bacaların mütəmadi monitorinqi və profilaktik tədbirlərin görülməsi, məhəlləətrafı və məhəllədaxili yolların vəziyyəti və onların saz vəziyyətdə saxlanılması, parklanmalara nəzarət, məişət tullantılarının idarə olunması, sovet dövründə inşa olunmuş binaların lift təsərrüfatının vəziyyətinə nəzarət, çimərlik zonalarının məişət tullantılarından təmizlənməsi və s. sferalar vurğulanmışdır. Natiq sonda qeyd etmişdir ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bələdiyyələrlə maarifləndirmə işində istifadə edilməyən potensial mövcuddur. T.Şamçıyev məhz bu nöqsanı aradan
qaldırmaq məqsədilə cari il noyabr ayının birinci dekadasında paytaxt bələdiyyələri üçün xüsusi təlim hazırlandığını elan etmişdir. O, həm də, gələcəkdə belə tədbirlərin Bakının hər inzibati rayonunun bazasında da keçiriləcəyinə ümidvar olduğunu bildirmiş, bu tədbirlərin təşkilində FHN Bakı Regional Mərkəzinin yaxından iştirak edəcəyinə təminat vermişdir.
Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov çıxış edərək bələdiyyə ərazilərində əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edillməsi barədə danışmış, fövqəladə hallar zamanı insanların təhlükəsiz ərazilərə köçürülməsi üçün təxliyə planlarının işlənib hazırlanmasının və sakinlərlə bu sahədə maarfiləndirmə işinin aparılmasının vacibliyini vurğulamışdır.
Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri Milli Assosiasiyalarının sədləri Əbülfəz Babayev, Hümbət Hüseynov, Əli Mehdiyev, Nizami, Nəsimi, Binəqədi və Səbail bələdiyyələrinin sədrləri Vüqar Quliyev, Nazim Qaraxanov, Sitarə Cabbarlı və Firdovsi Cəbrayılov, eləcə də Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Qaradağ rayonu Ələt və Suraxanı rayonu Qaraçuxur bələdiyyələrinin sədrləri Azad Musayev və İxtiyar Nəcəfov çıxış edərək 2015-ci ildə öz ərazilərində insan həyatının təhlükəsizliyinin təmin olunması istiqamətində gördükləri işlər və mövcud problemlər barədə məlumat vermiş, işgüzar fikir mübadiləsi aparılmışdır.
Müzakirələrdə çıxış etmiş FHN aparatı və qurumlarının nümayəndələri bələdiyyə nümayəndələri tərəfindən qaldırılmış məsələlərə münasibət bildirmiş, peşəkar arayışlar vermişlər.
İnteraktiv müzakirələr şəraitində keçirilmiş tədbir zamanı səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilmiş və həyata keçirilmək üçün tövsiyə olunmuşdur.
Dəyirmi Masa iştirakçıları yekdilliklə belə tədbirlərin faydasından danışmış, onların gələcəkdə də mütəmadi surətdə keçirilməsinin mühümlüyünü xüsusi qeyd etmişlər.

FHN Bakı Regional Mərkəzinin
İctimaiyyətlə əlaqə və təbliğat sektoru
Azərbaycanın bir qrup bələdiyyə sədri Litvada səfərdə olub14.07.2015 Litva Respublikası Bələdiyyələr İttifaqının və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup bələdiyyə sədri Litva Respublikasında səfərdə olub. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Asosoisasiyalarından “Belediyye.info” daxil olan məlumata görə, iyulun 14- 18 aralığında kerçəkləşən səfərdə nümayəndə heyətininin tərkibinə Azərbaycan Şəhər Bələdiyyələri Milli Asosiasiyasının sədri Əbülfəz Babayev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asosoisasiyasının icra katibi Tofiq Həsənov, Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, Nəsimi Bələdiyyəsinin sədri Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov daxil olub.
Nümayəndə heyətinin Litva Bələdiyyyə İttifaqında, Mərkəzi Seçki Komissiyasında və Daxili İşlər Nazirliyində və Azərbaycan Respublikasının Litvadakı səfirliyində görüşlər keçirilmişdir. Litva bələdiyyələr İttifaqının sədri, Druskininkay şəhərinin meri Riçard Malinunkas və Trakay şəhərinin meri Edita Rudyalene ilə maraqlı fikir mübadiləsi həyata keçirlmiş bələdiyyə qanunvericiliyindəki ortaq məqamlar və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Müzakirələrdə Litva tərəfi Azərbaycan bələdiyyələrinin fəaliyyətini diqqətlə izlədiklərini və təcrübə mübadiləsi etmək niyyətində olduqlarını bildirmişlər.
28 May Respublika günü münasibətilə Nizami Bələdiyyəsi ilə Keşlə Bələdiyyəsinın kamandaları arasında  futbol üzrə  yoldaşlıq görüşü keçirilmişdir.27.05.2015 Azərbaycan xalqının milli bayramı olan 28 May Respublika günü münasibətilə Nizami Bələdiyyəsinin mini-futbol meydançasında Nizami Bələdiyyəsi ilə Keşlə Bələdiyyəsinın kamandaları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. 7:4 hesabı ilə Nizami Bələdiyyəsi qalib olmuşdur.
2015-ci ilin aprel ayının 21-də Yevlax şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir.21.04.2015 Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərin həllində ötən beş il ərzində görülmüş işlərin müzakirə olunması və qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə 2015-ci ilin aprel ayının 21-də Yevlax şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti Ümumi Yığıncağı keçirilmişdir.
Nizami Bələdiyyəsinin mini-futbol meydançasında Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, Nizami rayon məktəbliləri arasında mini- futbol üzrə rayon turniri başlayıb.20.04.2015 Nizami Bələdiyyəsinin mini-futbol meydançasında Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, Nizami rayon məktəbliləri arasında mini- futbol üzrə rayon turniri başlayıb.
Bakı Kristal Zalında  boks üzrə ilk sınaq yarışı keçirilmişdir.17.04.2015 Bakı Kristal Zalında boks üzrə ilk sınaq yarışı keçirilmişdir.Nizami Bələdiyyəsinin nümayəndə heyəti bu sınaq yarışında iştirak etmişdir.
Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev  28 fevral 2015-ci il tarixdən 02 mart 2015-ci il tarixədək Litva Respublikasının Vilnüs şəhərinin merinin seçkilərində  beynəlxalq müşahidəçi kimi iştirak etmişdir.28.02.2015 Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev 28 fevral 2015-ci il tarixdən 02 mart 2015-ci il tarixədək Litva Respublikasının Vilnüs şəhərinin merinin seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etmişdir. Qeyd edək ki, ilk dəfədir ki, Vilnüs şəhərində şəhər meri, təyin edilməklə deyil seçicilərin səsverməsi əsasında seçilirdi.
Latviya Respublikası Kekava Bələdiyyəsinin dəvəti ilə Nizami Bələdiyyəsinin sədri  Vüqar Quliyev 24 fevral 2015-ci il tarixdən 7 günlük işgüzar səfərdə olmuşdur.24.02.2015 Latviya Respublikası Kekava Bələdiyyəsinin dəvəti ilə Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev 24 fevral 2015-ci il tarixdən 7 günlük işgüzar səfərdə olmuşdur. 24-27 fevral tarixlərində işgüzar səfərdə olan sədr, Kekava Bələdiyyəsinin yeni seçilmiş sədri Valts Variks`la görüşdə olmuş, qardaş bələdiyyə ilə geniş müzakirələr aparmışdır. Bələdiyyə sədrləri yeni tikilib istifadəyə verilən məktəbin açılışındada birlikdə iştirak etmişlər.
Ümumrespublika yaşıllaşdırma marafonunda Nizami Bələdiyyəsidə yaxından  iştirak etmişdir.
29.11.2014Heydər Əliyev Fondunun vitse-prezidenti,İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində paytaxtın Nizami rayonunda iməclik təşkil olundu.İməclikdə Nizami Bələdiyyəsidə yaxından iştirak etmişdir.
YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib15.10.2014Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Şura iclası keçirilib.İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, aparılmış siyasi iş və ideoloji təbliğat nəticəsində ərazi ilk partiya təşkilatlarının və üzvlərimizin sayı da artırılıb: “Belə ki, bu ilin 9 ayı ərzində 7 yeni ərazi ilk partiya təşkilatı yaradılmış və 401 nəfər partiyaya qəbul edilmişdir. Bununla da, rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sayı 148-ə, üzvlərinin sayı isə 11035 nəfərə çatıb. mışdır. Sevindirici haldır ki, yeni qəbul edilmiş partiya üzvlərinin böyük əksəriyyəti də gənclərdir”.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!