Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova çıxış edərək,Nizami rayon məktəbliləri arasında təşkil olunmuş rəsm müsabiqəsi tədbirini açıq elan edib.
Ümumilikdə müsabiqədə rayon üzrə 24 tam orta məktəb üzrə iştirak edən 50 nəfər məktəbli verilən vaxt ərzində çəkdikləri rəsm əsərləri Münsiflər Heyyətinin qərarı ilə qiymətləndirilib.
Tədbirin sonunda qalib seçilmiş və fərqlənən məktəblilər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.
Nəticə olaraq deyə bilərik ki, bu sahədə ardıcıl olaraq təşkil olunan tədbirlər məktəblərin yaradıcılıq sahəsində qabiliyyətlərinin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə də, ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişafı üçün geniş imkanlar açır.
07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib
29.04.2025 Nizami bələdiyyəsində "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.29.04.2025 Nizami bələdiyyəsində "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.
Nizami bələdiyyəsində bələdiyyə əməkdaşları ilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar "Dövlətçilik irsi,Konstitusiya və suverenlik prinsipləri" mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami bələdiyyəsinin Sədri Vüqar Quliyev çıxış edərək, Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin iştirakı ilə həyata keçirildiyini və SSRİ Konstitusiyasına uyğunlaşdırılmasına baxmayaraq, 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət olan bu Konstitusiya əvvəlkilərdən fərqli olaraq öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçildiyini qeyd edib.
Daha sonra Sədr Vüqar Quliyev və digər natiqlər Heydər Əliyevin dövlətçilik irsinin, Konstitusiya və suverenlik prinsiplərinin ölkəmizin inkişafında mühüm rolunu vurğulayaraq, Azərbaycanın müstəqilliyini möhkəmləndirən Konstitusiya islahatlarının hüquqi sistemin sabitliyinə əsaslandığını da qeyd etdilər. Dəyirmi masa ətrafında Nizami bələdiyyəsinin əməkdaşları ilə, bundan sonra da Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olacağı və öz suveren hüquqlarını qorumaq istiqamətində lazımi mövqe tutacağı barədə geniş fikir mübadiləsi aparılıb.
28.04.2025  Şəhid Atakişi Qəhrəman oğlu Atakişiyevin əziz xatirəsi yad olunub.1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Atakişi Qəhrəman oğlu Atayevin əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Bələdiyyəsinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları şəhidin Keşlə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Aprelin 15 -də Nizami Bələdiyyəsinin qadın qulluqçuları Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününün 40-cı ildönümünə həsr edilmiş dəyirmi masa keçiriblər.
Bakı şəhəri Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub.
Açılışda iştirak edən Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Bakı şəhər Nizami Rayon İcra Hakimiyətinin nümayəndəsi Mənsim İsmayılov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev və digərləri çıxış edərək futbol meydançalarının açılması sağlam həyat tərzini təşviq etmək və xüsusiilə də gənclərin idmanla məşğul olması üçün vacib bir addım kimi qiymətləndiriblər. Daha sonra tədbir iştirakçıları futbol meydançasında yeniyetmə futbolçular arasında keçirilən yoldaşlıq oyununa baxıblar.
14.03.2025-ci il tarixdə  Bakı şəhər Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub.14.03.2025-ci il tarixdə  Bakı şəhər Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub.14.03.2025-ci il tarixdə  Bakı şəhər Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub.14.03.2025-ci il tarixdə  Bakı şəhər Nizami bələdiyyəsi tərəfindən təmir olunan Nizami rayon Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən futbol meydançasında açılış olub.
Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Nizami bələdiyyəsinə üzv seçilmiş şəxslərin siyahısını elan edərək,bələdiyyənin ilk iclasının gündəliyində Sədr və Sədr müavinlərinin seçilməsi təsdiq olundu.
Səs vermənin nəticəsinə əsasənNizami bələdiyyəsi üzrə
Sədr - Quliyev Vüqar Həsən oğlu
Sədr müavini - Rəhimov Heydər Mikayıl oğlu
Sədr müavini - Abbasova Yeganə Ziyad qızı
Sədr müavini - Qafarov Emil Fariz oğlu.
Hər bir üzvümüzü bu qalibiyyətlə əlaqədar olaraq təbrik edirik və gələcək 5 il fəaliyyətləri müddətində hər birinə uğurlar arzu edirik.
Dövlətimiz,Millətimiz,Vətənimiz üçün xeyirli və uğurlu olsun.

17.02.2025 Nizami bələdiyyəsinə üzv seçilmiş şəxslərin siyahısını elan edərək,bələdiyyənin ilk iclasının gündəliyində Sədr və Sədr müavinlərinin seçilməsi təsdiq olundu.
29.01.2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkilərində Bakı şəhəri Nizami Bələdiyyəsi üzrə  seçilmiş 19 namizədin hər birini təbrik edir və uğurlar arzu edirik.

Seçki marafonunuzun uğurla davam etməsi sevindiricidir! Seçicilərimizlə qurduğumuz yaxın əlaqə və xüsusilə şəhid ailələri və qazilərə göstərdiyimiz diqqət seçkilərdə sosial məsuliyyətimizi göstərir. Nizami bələdiyyəsinin namizədlərinə uğurlar. Qoy seçki prosesi ədalətli və şəffaf keçsin və seçicilərimizin etimadı qazanılsın!


12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!

*********

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 06.01.2025-ci il tarixindən təşviqat dövrü başlanır. Yeni Azərbaycan Partiyasının Nizami Bələdiyyəsi üzrə namizədləri ilə tanış ola bilərsiniz.


Yeni Azərbaycan Partiyasının Nizami Bələdiyyəsi üzrə namizədləri

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!