Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.
    Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
    Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru üzrə baş məsləhətçisi Valeh Əmrahov, Nizami Bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Heydər Rəhimov, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva və digər iştirakçılar gənclərin dövlət siyasətindəki rolundan, onların cəmiyyətin inkişafında və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində iştirakının əhəmiyyətindən bəhs ediblər.Gənclərə yaradılan imkanlar, onların təşəbbüslərinə göstərilən dəstək və qərarvermə prosesində fəal iştirakı güclü cəmiyyətin və davamlı inkişafın əsas təminatıdır.
    Çıxışlarda, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi misilsiz qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri xüsusi vurğulanıb. Qeyd olunub ki, bu gün gənclərin üzərinə düşən əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfərin dəyərlərini qorumaq, dövlətçiliyimizə sədaqətlə xidmət etmək və ölkəmizin gələcək inkişafına öz töhfələrini verməkdir.
    Tədbirin sonunda gənc bələdiyyə üzvlərinə və bələdiyyə qulluqçularına fəal iştiraklarına görə sertifikatlar, tədbirin təşkilinə göstərdikləri dəstəyə görə rəhbərlik heyətinin nümayəndələrinə isə təşəkkürnamələr təqdim olunub.
    Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
    30.10.2026-cı il  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.30.10.2026-cı il  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.30.10.2026-cı il  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.30.10.2026-cı il  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.30.10.2026-cı il  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.
    Nizami Bələdiyyəsinin həyata keçirdiyi sosial dəstək tədbirləri çərçivəsində müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunaraq onlara bayram ərzaq sovqatları təqdim edilmişdir.

    Keçirilən görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağı vurğulanmışdır. Həmçinin qazilərimizin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunması naminə göstərdikləri şücaətin yüksək dəyərləndirildiyi qeyd olunmuş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilmişdir.

    Nizami Bələdiyyəsi tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, cəmiyyətimizin milli-mənəvi dəyərlərinə sadiqliyinin, vətəndaş həmrəyliyinin və sosial məsuliyyət hissinin təzahürüdür.

    Qurban bayramının mərhəmət, birlik, paylaşmaq və xeyirxahlıq kimi ali dəyərləri təbliğ etdiyini qeyd edən bələdiyyə nümayəndələri şəhid ailələrini və qaziləri bayram münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və əmin-amanlıq arzulamışlar.

    Nizami Bələdiyyəsi bundan sonra da şəhid ailələrinin, qazilərin və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların yanında olmağı özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi davam etdirəcəkdir.

    Müqəddəs Qurban bayramı münasibətilə bütün şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçılarını və xalqımızı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə sağlamlıq, ruzi-bərəkət və xoş günlər arzulayırıq.

    Hörmətlə, Nizami Bələdiyyəsi!
    26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub26.05.2026  Nizami Bələdiyyəsi tərəfindən şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunub
    Bakı şəhər Nizami Bələdiyyəsinin rəhbərliyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Urban Expo” sərgisini ziyarət edərək nümayiş etdirilən innovativ şəhərsalma həlləri, dayanıqlı inkişaf layihələri və müasir urbanizasiya təcrübələri ilə yaxından tanış olublar.

    BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma yanaşmaları, mənzil təminatı, ekoloji tarazlığın qorunması və yerli idarəetmənin təkmilləşdirilməsi kimi mühüm mövzulara həsr olunub.

    Forum çərçivəsində keçirilən panel müzakirələrində və tematik sessiyalarda iştirak edən Nizami Bələdiyyəsinin nümayəndələri şəhər idarəçiliyi, urbanizasiya proseslərinin tənzimlənməsi, vətəndaş iştirakçılığının genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

    “Urban Expo” sərgisində müxtəlif ölkələrin dövlət qurumları, yerli özünüidarəetmə orqanları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri tərəfindən təqdim olunan layihələr şəhərlərin gələcək inkişaf modelləri, innovativ idarəetmə mexanizmləri və ekoloji dayanıqlılığın təmin olunmasına yönəlmiş qabaqcıl yanaşmaları əks etdirib.

    Qeyd edək ki, WUF13 dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, beynəlxalq təşkilatların, elmi dairələrin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.

    Nizami Bələdiyyəsinin forum və sərgidə iştirakı şəhərsalma və yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, habelə əldə olunan bilik və təcrübələrin yerli səviyyədə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
    22.05.202622.05.202622.05.202622.05.202622.05.2026
    22.05.2026
    Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Cəfərov Vüqar İnşallah oğlunun anası Səmayə xanımı doğum günü münasibətilə ziyarət etmiş, ona ən səmimi təbriklərini və xoş arzularını çatdırmışlar.

    Görüş zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanmışdır.

    Səmayə xanıma möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulamış, şəhid ailələrinə göstərilən hörmət və ehtiramın hər zaman davam etdiriləcəyi bildirilmişdir.
    21.05.202621.05.2026
    Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin rəhbərliyi Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günü münasibətilə ailəsini ziyarət etmişlər.

    Ziyarət zamanı Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu, Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri və xidmətləri dərin ehtiramla yad edilmişdir. Bildirilmişdir ki, İqor Kşnyakinin Vətənə sədaqəti, cəsarəti və fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

    Görüş zamanı ailə üzvlərinə dövlətin və cəmiyyətin daim onların yanında olduğu vurğulanmış, onlara mənəvi dəstək ifadə edilmiş, qəhrəmanımızın əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunmuşdur.
    19.05.2026

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!