08.05.2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində geniş rayon ictimaiyyətinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans keçirilib.

İlk öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.

Konfransda Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Könül Nurullayeva çıxış ediblər.

Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Müasir Azərbaycan tarixindən söhbət düşəndə öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır.

Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

08.05.2025-ci il tarixdə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans08.05.2025-ci il tarixdə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans08.05.2025-ci il tarixdə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans08.05.2025-ci il tarixdə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans08.05.2025-ci il tarixdə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans08.05.2025-ci il tarixdə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.
Yarışda Nizami rayonu üzrə 26 təhsil müəssisəsindən 200-dək nümayəndə iştirak edib. Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 27 komanda şəklində mübarizə aparıblar.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev və başqaları iştirak ediblər.

Tədbir sonunda qaliblərə diplomlar, medallar, hədiyyələr və kubok təqdim təqdim olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bilik yarışı keçirib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova çıxış edərək,Nizami rayon məktəbliləri arasında təşkil olunmuş rəsm müsabiqəsi tədbirini açıq elan edib.
Ümumilikdə müsabiqədə rayon üzrə 24 tam orta məktəb üzrə iştirak edən 50 nəfər məktəbli verilən vaxt ərzində çəkdikləri rəsm əsərləri Münsiflər Heyyətinin qərarı ilə qiymətləndirilib.
Tədbirin sonunda qalib seçilmiş və fərqlənən məktəblilər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.
Nəticə olaraq deyə bilərik ki, bu sahədə ardıcıl olaraq təşkil olunan tədbirlər məktəblərin yaradıcılıq sahəsində qabiliyyətlərinin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə də, ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişafı üçün geniş imkanlar açır.
07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib07.05.2025-ci il tarixdə Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib
29.04.2025 Nizami bələdiyyəsində "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.29.04.2025 Nizami bələdiyyəsində "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.
Nizami bələdiyyəsində bələdiyyə əməkdaşları ilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar "Dövlətçilik irsi,Konstitusiya və suverenlik prinsipləri" mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami bələdiyyəsinin Sədri Vüqar Quliyev çıxış edərək, Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin iştirakı ilə həyata keçirildiyini və SSRİ Konstitusiyasına uyğunlaşdırılmasına baxmayaraq, 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət olan bu Konstitusiya əvvəlkilərdən fərqli olaraq öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçildiyini qeyd edib.
Daha sonra Sədr Vüqar Quliyev və digər natiqlər Heydər Əliyevin dövlətçilik irsinin, Konstitusiya və suverenlik prinsiplərinin ölkəmizin inkişafında mühüm rolunu vurğulayaraq, Azərbaycanın müstəqilliyini möhkəmləndirən Konstitusiya islahatlarının hüquqi sistemin sabitliyinə əsaslandığını da qeyd etdilər. Dəyirmi masa ətrafında Nizami bələdiyyəsinin əməkdaşları ilə, bundan sonra da Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olacağı və öz suveren hüquqlarını qorumaq istiqamətində lazımi mövqe tutacağı barədə geniş fikir mübadiləsi aparılıb.
28.04.2025  Şəhid Atakişi Qəhrəman oğlu Atakişiyevin əziz xatirəsi yad olunub.1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Atakişi Qəhrəman oğlu Atayevin əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Bələdiyyəsinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları şəhidin Keşlə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Aprelin 15 -də Nizami Bələdiyyəsinin qadın qulluqçuları Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününün 40-cı ildönümünə həsr edilmiş dəyirmi masa keçiriblər.
Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Nizami bələdiyyəsinə üzv seçilmiş şəxslərin siyahısını elan edərək,bələdiyyənin ilk iclasının gündəliyində Sədr və Sədr müavinlərinin seçilməsi təsdiq olundu.
Səs vermənin nəticəsinə əsasənNizami bələdiyyəsi üzrə
Sədr - Quliyev Vüqar Həsən oğlu
Sədr müavini - Rəhimov Heydər Mikayıl oğlu
Sədr müavini - Abbasova Yeganə Ziyad qızı
Sədr müavini - Qafarov Emil Fariz oğlu.
Hər bir üzvümüzü bu qalibiyyətlə əlaqədar olaraq təbrik edirik və gələcək 5 il fəaliyyətləri müddətində hər birinə uğurlar arzu edirik.
Dövlətimiz,Millətimiz,Vətənimiz üçün xeyirli və uğurlu olsun.

17.02.2025 Nizami bələdiyyəsinə üzv seçilmiş şəxslərin siyahısını elan edərək,bələdiyyənin ilk iclasının gündəliyində Sədr və Sədr müavinlərinin seçilməsi təsdiq olundu.
29.01.2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkilərində Bakı şəhəri Nizami Bələdiyyəsi üzrə  seçilmiş 19 namizədin hər birini təbrik edir və uğurlar arzu edirik.

Seçki marafonunuzun uğurla davam etməsi sevindiricidir! Seçicilərimizlə qurduğumuz yaxın əlaqə və xüsusilə şəhid ailələri və qazilərə göstərdiyimiz diqqət seçkilərdə sosial məsuliyyətimizi göstərir. Nizami bələdiyyəsinin namizədlərinə uğurlar. Qoy seçki prosesi ədalətli və şəffaf keçsin və seçicilərimizin etimadı qazanılsın!


12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!12.01.2025 Bələdiyyə seçkiləri ilə bağlı seçki marafonumuzun uğurla davam etməsi sevindiricidir!

*********

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!