4 Oktyabr - Cəbrayıl şəhəri günü şanlı Zəfərin təntənəsidir.4 Oktyabr - Cəbrayıl şəhəri günü şanlı Zəfərin təntənəsidir.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı.
Erməni vandalizmi nəticəsində rayonun Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsində 3 oktyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edilib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edilib.
Cəbrayıl əməliyyatının xüsusi əhəmiyyəti oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
İşğaldan azad olmuş bütün ərazilərdə olduğu kimi bu gün Cəbrayıl rayonunda da böyük bərpa- quruculuq işləri həyata keçirilir. Cəbrayılda yeni həyat başlayıb, yeni infrastruktur layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb.

Həmidə Ələfsərova,
Nizami rayonu Kimya-biologiya təmayüllü liseyin həkim pediatrı, rayon fəalı
3 oktyabr 1993-cü il - qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün3 oktyabr 1993-cü il - qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
3 oktyabr 1993-cü il bu əlamətdar gün Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Məhz həmin gün xalqımız böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçmişdir.
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.
Müstəqilliyin qorunması. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin sədr müavini.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev,Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova,şəhidin təhsil aldığı Nizami rayon 250 saylı məktəbin direktoru Gülanə Əliyeva və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin xatirə kompleksi önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Xatirə kompleksi önündə şəhidin anası ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə örnək olduğu və onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Sonra məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.
01 oktyabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov,İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev,Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova Vətən müharibəsi şəhidi Xəlili Samir Əhməd oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətlərinin daim diqqətdə saxlanıldığını və göstərilən sosial dəstək tədbirlərinin bundan sonra da davam ediləcəyi vurğulanıb.
Şəhidin ailə üvzləri onlara göstərilən dəstəkləri hər zaman hiss etdiklərini, dövlətin onların yanında olduğunu və buna görə də müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
01 oktyabr 2025-ci il
Anım mərasimində şəhidlərin ailə üzvləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov,Nizami bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Emil Qafarov iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, kapitan Şahmar Quliyev 28 sentyabr 2020-ci il tarixində Suqovuşan döyüşləri zamanı, çavuş Toğrul İsayev 30 sentyabr 2020-ci il tarixində, Samir Xəlili isə 1 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kapitan Şahmar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Samir Xəlili və çavuş Toğrul İsayev ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif ediliblər.
01 oktyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu, çavuş İsayev Toğrul Natiq oğlu və kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun məzarları ziyarət edilib.01 oktyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu, çavuş İsayev Toğrul Natiq oğlu və kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun məzarları ziyarət edilib.01 oktyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu, çavuş İsayev Toğrul Natiq oğlu və kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun məzarları ziyarət edilib.01 oktyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş Xəlili Samir Əhməd oğlu, çavuş İsayev Toğrul Natiq oğlu və kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun məzarları ziyarət edilib.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, RİHBA-nın məsul əməkdaşları, rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, RİHBA-nın məsul əməkdaşları, rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.29 sentyabr 2025-ci il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar İcra Hakimiyyətinin əməkdaşları, Nizami Bələdiyyəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər,şəhidlərin ailə üzvləri,Nizami rayonu “Vətən Müharibəsi Şəhidləri" memorial kompleksini, Keşlə Şəhidlər Xiyabanını,II Fəxri Xiyabanda şəhidlərin məzarlarını və Zəfər parkını ziyarət edərək,Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü27.09.2025.  27 Sentyabr – Anım Günü
27.09.2025.  27 Sentyabr – Anım Günü
27 sentyabr şanlı və tarixi Zəfərin başlandığı gün!2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Savaş başlanan andan və hələ ondan iki ay öncədən (iyul hadisələri) erməni xisləti öz sözünü deyirdi. Ermənistan Azərbaycandan fərqli olaraq hərbi nöqtələri deyil, dinc sakinləri hədəfə alırdı. Eynilə 1992-ci ildə Xocalıda və digər ərazilərimizdə olduğu kimi. Lakin 2020-ci ildə durum 1990-cı illərdən çox fərqli idi. Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı dərhal hadisələrə reaksiya verdi. Tovuz hadisələrində verdiyimiz şəhidlərin, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qanı yerdə qalmadı.
Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Beləliklə, 44 gün çəkən və Zəfərlə bitən müharibə əks-hücumla başladı.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Təcavüzkar Ermənistan ordusu darmadağın edildi. Əslində, təkcə Azərbaycana deyil, Qafqazdakı sülhə, sabitliyə təhdid olan terrorçu Ermənistanla bağlı bu cür addımlar çoxdan atılmalı, dünyanın müvafiq qurumları, sülhdən danışan dövlətləri buna dəstək verməli idilər. Lakin 30 illik işğal dövründə biz bunun əksini gördük- Ermənistana dəstəyi, ona silah verənlər, terrorizmlə mübarizə pərdəsi altında terrorçunu dəstəkləyənləri gördük.
Qazanılan mütərrəqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi, ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu, milli birliyimiz daha da möhkəmləndi, BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu, yalançı erməni uydurmaları ifşa olundu, Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır.
Yeganə Abbasova,
Nizami Bələdiyyəsinin sədr müavini.
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik.
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
İlham Mirzəyev,
Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!