30.10.2024 Şəhid Mübariz İlyas oğlu Məmmədovun xatirəsi dərin ehtiramla yad edilib.30.10.2024 Şəhid Mübariz İlyas oğlu Məmmədovun xatirəsi dərin ehtiramla yad edilib. Şəhid Mübariz İlyas oğlu Məmmədovun xatirəsi dərin ehtiramla yad edilib. Şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami və Keşlə bələdiyyələrinin rəhbərliyi, əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib, ruhuna dualar oxuyub.
25.10.2024 Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.25.10.2024 Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində şəhər erməni quldur birləşmələrindən azad olunub. İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.
20.10.2024 Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.20.10.2024 Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində rayonu erməni quldur birləşmələrindən təmizləməyə nail olub. 44 günlük Zəfər yürüşündə hər gün gələn qələbə xəbərləri sırasında növbə Zəngilan rayonuna da çatdı: Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi.
Nizami rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində yaşıllıqların salınması davam etdirilir, müxtəlif növ ağaclar, bəzək kolları, mövsümi güllər əkilir, ot örtükləri yenilənir.18.10.2024 Nizami rayonunda "Yaşıl dünya naminə həmrəylik ili"18.10.2024 Nizami rayonunda "Yaşıl dünya naminə həmrəylik ili"18.10.2024 Nizami rayonunda "Yaşıl dünya naminə həmrəylik ili"
17.10.2024 Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.17.10.2024 Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Düz 4 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilib. Həmin əlamətdar hadisə yalnız dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, xalqımızda böyük ruh yüksəkliyi və coşqu yaradıb. AZƏRTAC Füzuli şəhərinin azad olunması tarixini xatırladır.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları 2020-ci ilin oktyabr ayında Ermənistan tərəfindən 5 dəfə terror hücumuna məruz qalmış Gəncə şəhərinə səfər etmişdilər.Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları 2020-ci ilin oktyabr ayında Ermənistan tərəfindən 5 dəfə terror hücumuna məruz qalmış Gəncə şəhərinə səfər etmişdilər.Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və fəalları 2020-ci ilin oktyabr ayında Ermənistan tərəfindən 5 dəfə terror hücumuna məruz qalmış Gəncə şəhərinə
səfər etmişdilər.Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Nizami Bələdiyyəsi sədrinin birinci müavini, müharibə veteranı Heydər Rəhimov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və başqaları çıxış edib, Azərbaycanın parlaq Zəfərindən, gənclərin vətənpərvər ruhda yetişdirilməsindən, qarşıda duran vəzifələrdən söz açılıb.
11.10.2024  Bakı ş. Nizami rayonu   Namiq Həmzəyev adına 238 nömrəli  orta məktəbin 2 sinif şagirdləri  sinif rəhbəri Şəlalə Quliyevanın rəhbərliyi  altında  Keşlə şəhidlər xiyabanını ziyarət etmişlər.11.10.2024  Bakı ş. Nizami rayonu   Namiq Həmzəyev adına 238 nömrəli  orta məktəbin 2 sinif şagirdləri  sinif rəhbəri Şəlalə Quliyevanın rəhbərliyi  altında  Keşlə şəhidlər xiyabanını ziyarət etmişlər.
11.10.2024  il tarixində Nizami Rayon İcra Hakimiyyətində  COP 29  tədbiri ilə bağlı müşavirə keçirilib.11.10.2024  il tarixində Nizami Rayon İcra Hakimiyyətində  COP 29  tədbiri ilə bağlı müşavirə keçirilib. Bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 tədbiri ərəfəsində paytaxtda görülən işlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq, 08 oktyabr 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, bələdiyyələrin, kommunal və təsərrüfat xidmətlərinin rəhbərlərinin, rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən danışıb.
Müşavirədə COP29 tədbiri ilə əlaqədar rayonda görülmüş işlərlə bağlı keçirilən monitorinq əsasında hazırlanan fotoşəkillərdən ibarət slaydlar nümayiş etdirilib.
Daha sonra rayonda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti ilə bağlı məruzələr dinlənilib və geniş müzakirə aparılıb.
Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Bakıda keçiriləcək mötəbər tədbirlə əlaqədar rayonda görülməsi zəruri olan işlərin qısa müddət ərzində yekunlaşdırılması barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.
09.10.2024 Bu gün Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun anım günüdür.Bu gün Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun anım günüdür. Bununla əlaqədar Keşlə qəsəbəsində, Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib. Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
09.10. 2024 Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından 4 il ötür Bu gün 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad olunmuşdur
Geriyə İrəli