09.10. 2024 Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından 4 il ötür Bu gün 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad olunmuşdur
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.
Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.
Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.
Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib.
Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib.
Nizami rayonunda 27 Sentyabr – Anım Günü mnasibətilə tədbir keçirilib27 Sentyabr – Anım Günündə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Zəfər parkını ziyarət ediblər. Parkın girişində xatirə daşının önünə gül dəstəsi qoyaraq, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Bu gün - 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu gün - 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
AZƏRTAC xəbər verir ki, bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev sentyabrın 18-də Sərəncam imzalayıb.
Xatırladaq ki, Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Beləliklə, Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb.
Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur.2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
27.06.2024  Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəssisənin məsləhətçisi Ayşən Əsədlinin iştirakı ilə Nizami Bələdiyyəsində görüş keçirilmişdir.27.06.2024  Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəssisənin məsləhətçisi Ayşən Əsədlinin iştirakı ilə Nizami Bələdiyyəsində görüş keçirilmişdir.

Görüşün məqsədi “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması ilə bağlı COP29-un fəaliyyət istiqamətləri ,məqsədi , “Ətraf mühitin mühafizəsi haqqında”,
“Yaşıllıqların mühafizəsi haqqında”
və “Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri ,bu təsirlərin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti barəsində olmuşdur.

"Şəhid ailələrinə və qazilərə qayğı ilə yanaşmaq, onlara lazımi maddi və mənəvi dəstək göstərmək hər bir bələdiyyənin sosial proqramlarının əsas tərkib hissəsi olmalıdır" - bu fikri Belediyye.infoya Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.
Sədr bildirib ki, ölkəmizdə dövlətimiz tərəfindən vətəndaş rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və görülməkdədir. Dövlətimizlə bərabər, bələdiyyəmizdə humanist layihələrə dəstək verir, bu kateqoriyaya aid vətəndaşlara qayğı göstərirlər.
Şəhid ailələri, qazilər və aztəminatlı ailələrə bayramlarda və əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, bayram süfrələri təşkil olunur.
Layihə çərçivəsində bu gün ərzində 45 şəhid ailəsi və qaziyə ərzaq yardımı göstərilib.
Sədr qeyd edib ki, bələdiyyə şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verməkdədir: "Bələdiyyəmizin əsas məqsədimiz əziz günlərdə onları yad etmək, mənəvi dəstək olmaqdır. Bu, hər bir bələdiyyənin müqəddəs borcudur"


19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb19.03.2024 Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib
Nizami Bələdiyyəsi kollektivi tərəfindən ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri apararaq müxtəlif cinsli ağaclar əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib


16.03.2024 Nizami Bələdiyyəsi kollektivi olaraq  ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib16.03.2024 Nizami Bələdiyyəsi kollektivi olaraq  ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib16.03.2024 Nizami Bələdiyyəsi kollektivi olaraq  ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və çiçək tinglərinin əkilməsi aksiyası keçirilib

23.02.2024 Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq" mövzusunda tədbir keçirilib.23.02.2024 Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq" mövzusunda tədbir keçirilib.
23.02.2024 Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq" mövzusunda tədbir keçirilib.23.02.2024 Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq" mövzusunda tədbir keçirilib.
29.12.2023 Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə şəhid ailələri üzvlərinə və müharibə qazilərinə Nizami bələdiyyəsində yardım paylanmışdır29.12.2023 Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə şəhid ailələri üzvlərinə və müharibə qazilərinə Nizami bələdiyyəsində yardım paylanmışdır

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!